Salyanda ağır qəza: ölən və xəsarət alanlar var

Salyanda ağır qəza: ölən və xəsarət alanlar varSalyanda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Azforum.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes Sprinter” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyan rayonunda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub.

Qəza zamanı dünyasını dəyişən Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Hüseyn Əlihüseyn oğlu Dadaşovdur.

Yaralılar isə Masallı sakini, 1966-cı il təvəllüdlü Eynəli Məhərrəm oğlu Səqbiyev, Sumqayıt şəhər sakini 1970-ci il təvəllüdlü Validə Ziyadxan qızı Nəcəfova, Cəlilabad sakini 1964-cü il təvəllüdlü Sara Nurulla qızı Qasımovadır.
Tarix: 18-02-2022, 11:59