Ölüm sayı niyə artır?

Ölüm sayı niyə artır?
Son günlər ölkədə koronovirusdan ölüm sayının artması əhali arasında TƏBİB-ə qarşı aqressiya yaradıb.
Azforum.az xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri TƏBİB-in bu rəqəmləri qəsdən şişirtdiyini, bəziləri isə müalicənin düzgün aparılmadığını iddia edib. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, qurumun ölüm sayını şişirtməsi barədə iddialar tamamilə əsassızdır: “Statistikanı TƏBİB açıqlamır. Ölkədə 45 laboratoriya var, onlardan cəmi 12-si TƏBİB-ə tabedir.
Ölüm sayının artması isə yoluxma sayındakı artımla bağlıdır”.

Teleqraf
Tarix: 29-03-2021, 14:39