Krasnoyarskdakı soydaşlarımız “Crocus City Hall”da baş vermiş terror qurbanlarını anıblar

Krasnoyarskdakı soydaşlarımız  “Crocus City Hall”da baş vermiş terror qurbanlarını anıblar
Krasnoyarsk diyarının Azərbaycan milli-mədəni muxtariyyətinin nümayəndələri martın 22-də “Crocus City Hall”da terror aktı qurbanlarının xatirəsinə Krasnoyarskda qırmızı meydandakı abidə önünə gül dəstələri qoyublar.

“Bütün ölkə ilə birlikdə kədərlənir və başsağlığı veririk. Qəlbimiz və dualarımız bu dəhşətli faciədən əziyyət çəkənlərlədir”, – deyə təşkilatın yaydığı məlumatda bildirilir.
Tarix: 23-03-2024, 22:21