Avropa bir milyon ukraynalı qaçqını qəbul etməyə hazırlaşır

Avropa bir milyon ukraynalı qaçqını qəbul etməyə hazırlaşırAvropa İttifaqı münaqişənin gərginləşəcəyi təqdirdə Ukraynadan bir milyona qədər qaçqını qəbul etməyə hazırlaşır.

Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, Avropa Komissiyası fövqəladə vəziyyətlə bağlı müxtəlif ssenarilər üzərində işləyir:

“Təxmini hesablamalara görə, 20 mindən bir milyona qədər qaçqın gələ bilər”.
Tarix: 18-02-2022, 12:03