Kipr rum adminstrasiyası Metehan sərhəd qapısında əngəllər yaratdı – XİN-dən etiraz

Kipr rum adminstrasiyası Metehan sərhəd qapısında əngəllər yaratdı – XİN-dən etirazKipr rum adminstrasiyası Metehan sərhəd qapısında əngəllər yaratdı – XİN-dən etirazQuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Kipr rum administrasiyasının (KKİ) Metehan sərhəd qapısında infrastruktur çatışmazlığını və fiziki maneələri aradan qaldırmaqdan çəkindiyini, bu siyasi anlayışın Kıbrıs Türk və rum xalqlarının və əcnəbilərin gündəlik həyatını çətinləşdirdiyini bildirib.

Avrasiya.net-in məlumatına görə, Xarici İşlər Nazirliyi qeyd edib ki, Kipr rum tərəfi Metehan sərhəd qapısında lazımi tənzimləmələr etsə, mövcud tıxac sona çatacaq və bölgədə nəqliyyat vasitələrinin rahat keçməsi üçün başqa həll yollarının axtarılması ehtiyacı aradan qalxacaq.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Metehan sərhəd qapısında nəqliyyat vasitələrinin keçidi ilə bağlı bu ifadələr yer alıb:

“Cənubi Kiprdə infrastrukturun olmaması və rum administrasiyasının qoyduğu fiziki maneələr səbəbilə, Metehan sərhəd qapısında güclü tıxac davam edir. Kiprli rumların ölkəmizdən alış-veriş etməsinin qarşısını almaq üçün Kipr rum administrasiyasının gömrük nəzarətini məqsədindən kənara çıxardığı görünür. Bu səbəbdən uzun müddətdir ki, infrastruktur çatışmazlığını və Metehan sərhəd qapısında fiziki maneələri aradan qaldırmqdan qaçınmaqdadır. Bu siyasi anlayış Kıbrıs türklərinin, kiprli rumların və əcnəbilərin gündəlik həyatını çətinləşdirir və çoxlu şikayətlərə səbəb olur. Kipr rum tərəfi lazımi tənzimləmələri etsə, mövcud tıxac sona çatacaq və bölgədə nəqliyyat vasitələrinin rahat keçməsi üçün başqa həll yolları axtarmağa ehtiyac qalmayacaq".
Tarix: 18-02-2022, 16:30