Sudanda toqquşmalar: onlarla insan öldü

Sudanda toqquşmalar: onlarla insan öldüSudanın cənubundakı Mavi Nil əyalətində Berta və Hausa etnik qrupları arasında baş verən toqquşmalarda onlarla insan həlak olub.

Axar.az AP-yə istinadən xəbər verir ki, toqquşmalarda azı 65 nəfərin həlak olduğu deyilir. Ölənlərin əksəriyyəti gənclərdir.

Həmçinin 150-yə yaxın insan yaralanıb.

Əyalətdə qarşıdurmalar ötən həftə yerli fermerin öldürülməsindən sonra başlayıb. Sudan hökuməti asayişi bərpa etmək üçün bölgəyə hərbiləşdirilmiş çevik dəstək qüvvələri göndərib.

Bölgədə qarşıdurmalar başlayandan minlərlə insan evlərini tərk edib.
Tarix: 18-07-2022, 09:15