ÜST yeni ştammla əlaqədar profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edir - TƏBİB

ÜST yeni ştammla əlaqədar profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edir - TƏBİB
Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un Britaniya ştammı ilə əlaqədar sadəcə profilaktik tədbirlərin gücləndirilməsi tövsiyə edir. Azforum.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, hamımızın bildiyi qoruyucu tədbirlərə daha diqqətlə yanaşılmalıdır. Y.Qarayeva bildirib ki, hazırda istifadə edilən vaksinlər virusun ştammlarına təsir edir: “Bu da onu deməyə əsas verir ki, vaksinlışdirməni sürətləndirək. Virusun mutasiyaya uğraması normaldır, təbii prosesdir: “Britaniya ştammı daha əvvəlki ştammlardan fərqli olaraq yüksək yoluxducuruluq qabiliyyətinə malikdir. Bütün dünyada bu ştammın yayılması çox sürətlə baş verir. Bu ştammın aşkarlandığı ölkələrdə qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Trend
Tarix: 19-03-2021, 16:18