Millimizin Yunanıstanla oyununun hakimləri açıqlandı

Millimizin Yunanıstanla oyununun hakimləri açıqlandı
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin son oyununda Azərbaycan millisi Yunanıstan yığması ilə üz-üzə gələcək.
Azforum.az Qol.az-a istinadən xəbər verir ki, aprelin 14-də Bakı İdman Sarayında keçirəcək görüşü Ukraynadan olan hakimlər idarə edəcək.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevhen Hordienko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan).
Timekeeper: Hikmət Qafarlı (Azərbaycan).
Hakim-inspektor: Andreas Demetriu (Kipr).
Tarix: 17-03-2021, 11:49