Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində tədbir keçirilib

Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində tədbir keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsi iştirakçısı olan veteran və qazilərlə görüş keçirilib.

Quba rayonu Alekseyevka kəndində təşkil edilən görüşdə “Vətən müharibəsi” iştirakçısı, “Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Azərbaycan Ordusunun 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunmuş gizir Zeynal Fərzəliyev, “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Heybətqulu Ələkbərov, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı Süleyman Süleymanov, eləcə də 14-29 yaşlı gənclər, gənc müəllimlər iştirak etmişlər.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində tədbir keçirilib
Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəslə 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin fatehlərinin təbliği olduğunu qeyd edərək layihəyə dəstək verdiyinə görə agentliyə təşəkkürünü bildirmişdir.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində tədbir keçirilib
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları 44 günlük zəfərin qazanılmasında keçdikləri ağrılı-acılı, qanlı-qadalı anlardan danışmış, torpaqlarımızın azad edilməsində onların da rolu olduqlarına görə qürur duyduqlarını bildirmişlər.
Digər çıxış edənlər - Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin direktoru İsa Əlixanlı, tarix müəllimi Taleh Bəşirov zəfərin əsas fatehi olan Ali Baş Komandan cənab İlham Əliyevin hərbi dühası sayəsində öz canları və qanları bahasına 30 illik vətən həsrətinə son qoyduqlarına görə müharibə iştirakçılarına təşəkkür etmiş, şəhidlərimizə rəhmət diləmişlər.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində tədbir keçirilib
Tədbirdə gənclər tərəfindən qazilərə ünvanlanmış sualları cavablandırılmış, yekunda layihə çərçivəsində hazırlanmış vətən müharibəsində şəhid olmuş 50 nəfər qubalı şəhid haqqında məlumatların yer aldığı kitablar bütün iştirakçılara təqdim edilmişdir.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə qazilərlə daha bir görüş keçiriləcək, vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar, gənclər arasında tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində tədbir keçirilib
Tarix: 11-03-2022, 13:36