Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsinə turnir keçirilib

Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsinə turnir keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Çartəpə kəndində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında növbəti intellektual oyun keçirilib.

Turnirdə Quba rayonunun Çartəpə, Susay, Aşağı Atuc, Aşağı Xuc, Xucbala, Digah, Dağlı və Alpan kəndlərində yaşayan və təhsil alan yeniyetmə gənclərdən ibarət komandalar iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəsil arasında 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətinin və onun qazanılmasında şəhid və qazi olan qəhrəman eloğullarımızın təbliği olduğunu qeyd etmişdir.

Rəsmi hissədən sonra start götürən yarışın yekununda Aşağı Atuc kəndini təmsil edən “Quba” komandası birinci, Dağlı kəndinin “Qələbə” komandası ikinci, Susay kəndinin “Zəfər” komandası isə üçüncü mükafata sahib olmuşdur.
Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla, bütün iştirakçılar isə Quba şəhidləri haqqında hazırlanmış “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitabla təltif edilmişdir.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə daha bir neçə dəfə vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar və tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.
Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsinə turnir keçirilib
Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsinə turnir keçirilib
Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsinə turnir keçirilib
Tarix: 4-04-2022, 14:42