Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Azərbaycanda 15 yaşlı qız böyük bacısının əri ilə qaçdı

    Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva itkin düşüb. Ailəsinin polisə verdiyi məlumata görə, 15 yaşlı Aynurə evdən çıxıb və bir də geri qayıtmayıb. Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsə də, valideynləri onun azyaşlı olduğunu əsas gətirərək "yox" cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları üzə çıxıb.   Publika.az bildirir ki, A.Nağıyeva əslində itkin düşməyib, o böyük bacısının əri ilə qaçıb.   Cəlilabad Rayon Polis Şöbəsindən publika.az-a bu məlumatı təsdiqləyiblər. Şöbədən bildirilib ki, A.Nağıyeva böyük bacısının əri ilə gedib və ailənin də bundan xəbəri var: "Böyük bacısının əri ilə onun münasibətləri olub. O, aylarla öz ailəsini qoyub qaynatasının evində qalırmış. Ayın 23-də yeznə iki uşağı ilə birlikdə arvadını gətirib qaynatasının evinə qoyub. Arvadının 15 yaşlı bacısını da götürüb aparıb. İndi Aynurənin böyük bacısı ata evindədir. Hazırda qızın axtarışları davam edir. Yeznənin öz evi, qohumlarının evində axtarışlar aparmışıq. Hələ ki, onlar tapılmayıblar. Böyük ehtimalla onlar tapılandan sonra qız azyaşlı olduğuna görə oğlan tutulacaq".
    167

    10 milyonu aparılan erməni Kardaşyan: "Qorxdum ki, məni zorlayalar" - FOTO

    ABŞ-ın ən məşhur realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan erməni Kim Kardaşyanın Parisdə məruz qaldığı qarətin təfərrüatları bəlli olub.
    Azforum.az Milli.Az-a istinadən bildirir ki, Yüksək Moda Həftəsinə qatılmaq üçün Parisə anası Kris Cenner və bacısı Kendall Cennerlə birlikdə yollanmış 35 yaşlı Kim Kardaşyan şəhərdəki ən bahalı, nüfuzlu otellərdən biri sayılan "Hotel Pourtales"də qalmışdı.
    Bu otelin saytı yoxdur, telefon nömrələri də açıqlanmır. Otel həddən artıq lüks səviyyədə xidmət göstərir və nömrəni şəxsən zəng edib sifariş vermək gərəkdir.
    Otel Parisin 8-ci dairəsində yerləşir və "La Madeleine" kilsəsi ilə üzbəüzdür.

    Oteldə ikimərtəbəli apartamenti seçmiş Kim Kardaşyan vanna otağında olarkən içəriyə üzlərində maska olan 5 nəfər soxulub.
    Əyinlərində polis paltarı olan bu quldurlar Kardaşyanın nömrəsinin önündə durmuş cangüdənini yerə yıxaraq əl-ayaqlarını bağlayıblar, ağzına skotç vurublar.
    Şoka düşən Kardaşyan sonradan "Qorxdum ki, məni zorlayalar" deyib: "Onlara yalvardım, iki uşaq anası olduğumu dedim, mənə toxunmamalarını istədim. Telefonumu əldən aldılar, vurub yerə yıxdılar, azğıma skotç vurdular, əllərimi və ayaqlarımı bağlayıb vanna otağına apardılar, orada vannaya uzatdılar".
    Quldurlar Kardaşyanın əl-ayağını bağlayandan sonra axtarışa başlayıblar. Onlar Kardaşyana əri Kanye Uestin hədiyyə etdiyi, 20 karatlıq almaz qaşlı, 4 milyon avro dəyərində üzüyü axtarırdılar. Quldurlardan biri "Üzüyü tapın! Üzük gərəkdir!" deyirmiş.
    Axtarışlar az sonra başa çatıb və maskalı quldurlar içində 6 milyon avroluq zinət əşyaları olan mücrünü, 4 milyon avroluq nişan üzüyünü və Kim Kardaşyanın iki mobil telefonunu aparıblar.
    Onlar oteldən çıxanda velosipedlərə minərək müxtəlif səmtlərə yönəliblər.
    Kim Kardaşyanın əsas cangüdəni Paskal Düvye hadisə anı oteldən 2 km aralıdakı gecə klubunda idi: o, Kardaşyanın bacısı Kendall Cenneri mühafizə edirdi.
    İlkin məlumatlara görə, Kim Kardaşyan "Çəhrayı bəbir" kimi tanınan mütəşəkkil cinayətkar qrupun qurbanı ola bilər. Bu qrup 1984-cü ildən bəri 320 milyon dollarlıq zinət əşyaları oğurlayıb.
    Kann, Tokio, Sinqapur və Dubayda "dayaq dəstələri" olan qrupda 200 quldurun olduğu deyilir.
    288

    Məhərrəm ayında toy etmək olarmı? – İlahiyyatçılar cavab verdi

    Dünəndən etibarən Məhərrəm ayı başlayıb. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələrə start verilib.
    Azforum.az istinadən  xəbər verir ki, bu barədə “Oxu.az” saytı məlumat yayıb, Oxu.Az bildirir ki, illərdir vahid cavabını tapmayan suallarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli və ilahiyyatçı Elşad Mirimodern.az-a açıqlamalarında bir-birinə zidd fikirlər səsləndirib.
    "Yaxınını itirən toy havasında olmaz"
    QMİ rəsmisi Hacı Şahin deyib ki, Məhərrəm ayında toy, şadlıq mərasimlərinin keçirilməsi qadağa və əmr çərçivəsindən kənarda olan məsələdir:
    “Bu, qəlblə bağlıdır. Bu ay İmam Hüseyn əleyhissəlamın şəhid olduğu aydır. Məsumlar tərəfindən bu ayda bizə əzadarlıq və matəm əhval-ruhiyyəsində olmaq tövsiyə olunur. Şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Amma bilirik ki, yaxın adamını itirən bir şəxs bayram etməz. 
    Bu əzadarlığı xalqımız əsrlər boyu yaşadır və adətdir ki, Məhərrəm, Səfər aylarında toy edilməyib. Azərbaycanda məzhəbindən asılı olmayaraq, hər kəs buna əməl edir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı əmr və qadağaların olması zəruri deyil. İmam Hüseynin və Kərbəla şəhidlərinin ruhuna hörmət əlaməti olaraq vacibdir ki, bu iki ayda toy və şadlıq mərasimləri keçirilməsin”.
    “Bu ayda şadlıq edənlər haqq yolunu azıb”
    Ş.Həsənli insanlar arasında yayılan “Məhərrəm ayında toy etsəm, xoşbəxt olmaram” kimi fikirlərə də münasibət bildirib: 
    “Hədislərdə qeyd olunur ki, Aşura günü sevinən, şadlıq edən şəxslər həqiqət yolunda olmayanlardır. İmam Hüseyn və Kərbəla şəhidlərinin düşmənləri onların qətlindən sonra bayram etdilər. Ona görə də bəşər tarixində misli görünməmiş faciənin baş verməsi zamanı şadlıq mərasimi keçirmək düzgün deyil və insanların burada ehtiyat etməsi təbiidir”.
    “İstəyən Məhərrəm ayında toy etsin”
    İlahiyyatçı Elşad Miri isə Hacı Şahinin əksinə olaraq, bu ayda toy keçirilməməsinə qarşı çıxıb: 
    “20 Yanvar”da bizim çox sayda insanımız qətlə yetirilib və şəhid olub. Həmin gün ölkəmizdə hüzn kimi qeyd olunur. Əgər bütövlükdə yanvar ayında toy keçirilirsə, Məhərrəm ayında nədən keçirilməsin?! Bundan başqa Məhəmməd peyğəmbərimizdən əvvəl Zəkəriyyə peyğəmbər, Yəhya peyğəmbər olub. Allah onların öz xalqı tərəfindən qətlə yetirildiyini bildirir. 
    O zaman sual edirəm: Məhəmməd peyğəmbərin Zəkəriyyə peyğəmbərin öldürülməsilə bağlı bircə dənə əmr, göstəriş, xahişi, tövsiyəsi varmı? Xeyr, yoxdur. İslam dini 632-ci ildə Peyğəmbərin vəfat etməsi ilə Allahın insanlara göndərdiyi elçilik missiyası, “Qurani-Kərim” tamamlanıb.
    Bundan sonra gələnlər sadəcə tarixdir. İstəyən toyunu etsin, istəməyən etməsin. Edənə də, etməyənə də hörmətlə yanaşmaq lazımdır. Bu hansısa dini vacibatdan irəli gəlmir”.
    “Bunlar sadəcə uydurmalardır”
    E.Miri deyib ki, Məhərrəm ayında insanların toy etməkdən çəkinməsini doğru saymır.
    “Qorxulması gərəkən şey insanlara zərər verməkdir. Çünki İslamda da belə şeylər yoxdur. Filan günü filan şey etmək olmaz, toy etmək olmaz, filan gün yola çıxsan ayağına tikan batacaq və s. Bu, bürclər, fallarla məşğul olanların uydurması və sadəcə əsası olmadan ortaya atılan iddialardır”.
    211

    Израиль поставит Азербайджану систему «Железный купол» - заявляют в Баку – ФОТО

    В ближайшее время Израиль поставит Азербайджану систему противоракетной обороны «Железный купол».
    Как сообщает Azforum.az со ссылок на  1news.az сообщил депутат Милли Меджлиса Евда Абрамов.
    «Данная система не даст возможность ракетам «Искандер» упасть на землю», - указал он.
    Напомним, что ранее в Ереване, в ходе военного парада, который состоялся в день празднования 25-летия формальной независимости Армении, наряду с различными видами российской военной техники, была продемонстрирована и система баллистических ракет «Искандер».
     

    Он также указал, что в ближайшее время азербайджанская армия пополнится новейшими стратегическими вооружениями дальнего радиуса действия.
    «Проданные Израилем Азербайджану беспилотные летательные аппараты, которые были использованы в ходе боевых действий в апреле текущего года, создали в Армении большую панику», - указал депутат и подчеркнул, что «Железный купол» также вызовет у армян страх.
    «Железный купол» -  тактическая система ПРО, предназначенная для защиты от неуправляемых тактических ракет с дальностью полета от 4-х до 70-ти километров.
    Данная система разработана израильской компанией Rafael.
    Каждая батарея может защищать территорию площадью 150 квадратных километров.
    Первая батарея встала на боевое дежурство в марте 2011 года, на июль 2014 года боевое дежурство несли 9 батарей по всей территории Израиля.

    391

    Xanımların nəzərinə -Saçların uzanmasını necə sürətləndirmək olar?

    Uzun saçlar həmişə dəbdə olub. Uzun və gözəl saçlara sahib olmaq hər bir qızın arzusudur. Bəs necə eləmək olar ki, saçlar tez uzansın. Gözəl və canlı saçlar təbiət tərəfindən hər kəsə bəxş edilmir. Amma saçların uzanması demək olar ki, hamıda eyni templə gedir. Saçların düz və ya qıvrım olmasından asılı olmayaraq uzanması keçəllərdən başqa hamıda eyni sürətlə baş verir. Bəs saçların uzanmasını necə sürətləndirmək olar? Saçların qırılmasının və tökülməsinin qarşısını necə almaq olar?
    Azforum.az Milli.az-a istinadən bildirir ki, hər bir qız istədiyi saçlra sahib ola bilmir. Saçların tökülməsi sürətlə, əmələ gəlməsi isə ləng baş verən bir prosesdir.
    Saçların tökülməsi keyfiyyətsiz qidalanmadan, stresslərdən, keyfiyyətsiz şampunlardan və saçlara qulluq etməməkdən baş verir.
    Orqanizm yetərincə yaxşı qidalanmadıqda başın dərisi də vitaminsizləşir və saçların əmələ gəlməsi, uzanması ləngiyir.
    Bəzən saçların korlanmasına və qırılmasına müxtəlif saç düzümləri də səbəb ola bilir.
    Saçlara qulluq etmək üçün istifadə edilən vasitələri də aldıqda diqqətli olmaq lazımdır. Belə ki, keyfiyyətsiz məhsul və saçların baş dərisinin korlanmasına səbəb olur. Alınan məhsullardan istifadə edərkən onların istifadə qaydasına düzgün əməl etmək lazımdır.
    Müxtəlif kimyəvi saç rəngləri və zavivkalar da saçları korlayır.
    Bəs saçların uzanmasını necə sürətləndirmək mümkündür?
    Saçların tez-tez daranması baş dərisində qan dövranını yaxşılaşdırır və saçların uzanmasına səbəb olur. Saçlara vaxtaşırı maskalar qoymaq uzanmasına səbəb olur.
    Müasir tibbdə kosmetoloqlar daxilə stimulyatorların qəbulunun saçların uzanması üçün faydalı olduğunu söyləyirlər. Bunun üçün gərək lazım olan preparat lazım olan miqdarda qəbul edilsin.
    Bəzi xalq təbabəti vasitələrindən də istifadə etməklə saçların uzanmasına nail olmaq olur. Bu vasitələr baş dərisində qan dövranını yaxşılaşdırır və saçların uzanmasına səbəb olur.
    Xalq təbabəti vasitələrindən bəzilərini sizlərə təqdim edirəm:
    1. Saçlarınızı yuduqdan sonra daima gicirtkən suyu ilə yaxalasanız saçlarınızın uzanmasının sürətləndirər.
    2. Soğan maskasından istifadə edin. Bunun üçün soğanı sürtkəcdən keçirib balla atmaq lazımdır. 4 qaşıq soğan və 1 qaşıq balla hazırlanmış qarışım saç dibinə çəkilir və 40 dəqiqə gözlənilir. Bu zaman saçlardan maskanı mütləq şampunla yumaq lazımdır, çünki saçda iy qala bilər.
    3. 1 qaşıq konyak 6 qaşıq sürtkəcdən keçirilmiş turp kökü ilə qarışdırılır və başın dərisinə sürtülür. 1 saat sonra saçlar isti su ilə yuyulur.
    4. Aloe, konyak və bal eyni miqdarda götürülüb qarışdırılır. Maskanı həm saç dibinə, həm də saçların özünə sürtüb selofan və isti dəsmalla bükmək, 1 saat sonra yumaq lazımdır. Bu zaman saçları isti su ilə şampunsuz yumaq lazımdır.
    5. 2 xörək qaşığı qorçitsa, 2 xörək qaşığı zeytun yağı ilə qarışdırılır və üzərinə 3 qaşıq kefir əlavə edilir. Saçları dibindən uclarına qədər sürtüb yarım saat sonra yumaq lazımdır.
    6. 2 xörək qaşığı qorçitsa, 2 xörək qaşığı qaynar su, 1 yumurtanın sarısı, 2 xörək qaşığı zeytun yağı qarışdırılır. Maska başın dərisindən saçların ucuna qədər sürtülür, saçlar selofanla örtülür və dəsmalla bükülür. Maskanı saçda 15-60 dəqiqə saxlamaq olar.
    328

    В Индии женщина в два раза уменьшилась после родов

    ндианка Шанти Деви, живущая в небольшой деревне, заболела странной болезнью после рождения третьего ребенка.
    Она уменьшилась в размерах более чем в два раза.
    Около 25 лет назад Шанти ничем не отличалась от остальных жителей своей деревушки, но после рождения третьего ребенка, сына, она заболела неизвестной болезнью. Сейчас ее рост составляет около 60 см.
    171

    Bakıda brend maşınlar saxlanıldı - Nazirin qohumları da cərimə edilir

     AZFORUM.AZ Qaynarinfo.az saytına istinadən xəbər verir ki,ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb.
     
    Avtomobili cərimə meydançasına aparılanlar arasında nəqliyyat naziri Ziya Məmmədovun qohumları və digər məşhurların övladları da var. Bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır. Amma bu məbləğin cərimə, yaxud rüşvət olduğu bəlli deyil.
    Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif ƏsədovModern.az saytına açıqlamasında faktı təsdiq edib.

    47 avtomobil “səs-küy” saldığına görə cərimə meydançasındadır...

    Vaqif Əsədov bildirib ki, ötən həftə ərzində 47 belə avtomobil yol hərəkətindən uzaqlaşdırılıb:

    “Yol polisi zəruri tədbirləri görməklə təhlükəsizliyi tam təmin edib, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatdırmağa çalışır. Hər bir polis əməkdaşı dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparır. Xidmət aparılan zaman yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilirsə, məsuliyyətə cəlb olunurlar.
    Təkcə ötən həftə ərzində mühərrikinin səsboğucusuna müdaxilə edilən 47 avtomobil saxlanılıb və onlar yol hərəkətindən uzaqlaşdırılıb. Həmin maşınlar müvəqqəti dayanacaqlarda saxlanılır.

    Həmin avtomobillərdə mühərrikin qazanına müdaxilə edilib və səsboğucunu standarta uyğun olmayan səviyyəyə gətiriblər.
    Sürücülərə diqqətinə!
    Polis polkovniki yol hərəkətinin düzgün təşkil olunması üçün avtomobil sürücülərinə müraciət edib:
    “İstehsal edilən hər bir nəqliyyat vasitəsi standarta uyğun, zavodun müəyyən etdiyi tələblər üzrə olmalıdır. Müdaxilə edilir, konstruksiya dəyişikliyi aparılırsa, əlavə avadanlıq qoyulursa, bu, qanunvericilik üzrə məsuliyyətdir və 500 manatdan 800 manata qədər cəriməsi var”.

    “Gelenvagen”, “Volkswagen”, “Range rover” cərimə meydançasında...
    Vaqif Əsədovun sözlərinə görə, cərimə meydançasına aparılan avtomobillər brend markalardandır:
    “Ötən həftə saxlanılan avtomobillər arasında bütün növ brend markalarından - “Gelenvagen”, “Volkswagen”, “Range rover”, “Lamborgihini” və başqa bahalı avtomobillər var. Bildirim ki, avtomobillərin saxlanılması markadan, dövlət nömrə nişanından asılı deyil. Kimliyindən asılı olmayaraq, qanunvericiliyin tələblərini pozan hər kəs tərəfimizdən saxlanılır və barəsində müvafiq tədbir görülür”.
    Gömrük bu cür avtomobilləri niyə ölkəyə buraxır?
    V.Əsədov zavodda istehsal prosesində bu cür səsboğucu qoyulan maşınların Azərbaycana gətirilməsinə də münasibət bildirib:
    “Hər kəs öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir. Mən gömrük işçisi kimi vətəndaşa deyə bilmərəm ki, bu avtomobili gətir, yaxud gətirmə. Gömrük funksional vəzifəsinə aid olanları qeyd edir. O tələblərə uyğun fəaliyyət göstərir, onlar avro-5 standartına nəzarət edir. Mən deyə bilmərəm bu məsələlərə niyə nəzarət etmir, niyə qadağa qoymur? Amma yol polisinin səlahiyyətindədir ki, bu cür avtomobillərin istifadəsinin qarşısını alsın”.
    139

    Samiraldo Kamilə cavab verdi: "Sən kimsən ki..." -

    Hadisə ilə bağlı musavat.com saytına açıqlama verən Kamil Zeynallı bildirib ki, etdiyi əməldən peşman deyil:    "Sahibkarlar şirkətlərini reklam etsin, amma Samiraldo kimisindən istifadə etməsin. Normal, savadlı, təhsilli insanlar dura-dura, bəzi məkanların açılışını Samirə tapşırır, qırmızı lenti ona kəsdirirlər. Dünənki məclisə Samirin gələcəyini bilsəydim, gəlməzdim. O məkanın sahibi dostumuzdur, Samirin gələcəyindən xəbəri olmayıb. Samiri açılışı təşkil edən qız dəvət edib. Orada 15  hörmətli idmançı vardı, dedik, güldük, bir də baxdıq ki, Samiraldo gəldi. Samirin kim olduğunu hamı bilir, onun orada iştirakı düzgün deyildi.   Bizi görən kimi məkanı tərk etməli idi. Samiri görüb əsəbləşdim, özümü saxlaya bilmədim. Digər idmançı dostlar da Samirin orada olduğu üçün narahat oldular.    Deyirlər ki, Samir xəstədir. Xəstədirsə, işi ilə məşğul olsun. Xəstə olsaydı, stilistlik edə bilməzdi. O cəmiyyətə zərər verir. Yaydığı  videolarda səsləndirdiyi ifadələr ana-bacılarımıza, gənclərə, uşaqlara ziyandır. Onu dəstəkləyənlər Samirin səviyyəsindədir. Qəlyanı başqa-başqa mənalara yozur, adi ifadələri əxlaqsız mənalara çəkir. Onun sözləri uşaqların ağzına düşüb. Axmaqlığı başqa yerdə etsin. Onun sözləri, hərəkətləri cəmiyyətə zərər verir, insanların əxlaqına mənfi təsir göstərir. Allah onu adi insan yaradıb. Özünü çevirib, nə vəziyyətlərə salıb".    K. Zeynallı bildirib ki, Samiraldo hüquq-mühafizə orqanlarına müraciət etsə də, ona qarşı mövqeyi dəyişməyəcək: "Hara istəyirsə, müraciət etsin. Çıxıb, məhkəmədə ondan üzr istəmərəm. Lap mənə neçə il iş versinlər, həbsxanada yatım. Amma Samirdən üzr  istəmərəm".    Azforum.az  Azxeber.com  saytına istinadən xəbər verir ki, Samiraldo isə publika.az-a açıqlamasında baş verənlərdən şok yaşadığını və Kamillə məhkəmədə görüşəcəyini bildirib: "O kimdir ki, məni məclisdən çıxarır, əsəbimdən özümə gələ bilmirəm. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir eləsin. Kamilə buradan səslənirəm, sən buna görə cavab verəcəksən. Özü də qanun qarşısında".
    200
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com















×