Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Azərbaycanda dollar sürətlə ucuzlaşır - Rəsmi

    Bu, məzənnənin 0,25% azalması deməkdir.
    Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 28-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
    AMB-dən Reportyor.tv-yə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 28-də 1,6252 səviyyəsində müəyyən olunub.
    197

    Ərim məni lüt soyundurub küçəyə qovdu- FOTOLAR

    .."Qadın döyülüb-söyüldüyü üçün evi tərk etməməlidir", - sığıncaqdakı qadınlara etiraz edir.   Amma özü də sığınacağa pənah gətirib.   Virtualaz bildirir ki, artıq 1 aydır ki, 4 yaşlı oğlu ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalır. Kimi paltar, kimi də ayaqqabı verib.   Müsahibə vermək təklifinə tərəddüdlə razılaşır. "Gedək, təklikdə söhbət edək, kimsə bizi eşitməsin", - cavab gözləmədən otağa girib qapını bağlayır.   Beləliklə, onunla söhbətləşirik. Sığınacağın yeni sakinlərindən biri - 26 yaşlı Səadət Əliyevanı evdən qaçıran səbəblərdən danışırıq.   - Sığınacaqdakı qadınları dinləyirəm, hərənin bir dərdi var. Qadınların çoxu döyüldüyü üçün evi tərk edib. Onları qınamıram da. İnsanın başına gəlməyənədək başqasını anlaya bilməz. Mən o qədər döyülmüşəm ki, daha ağrı-acıya alışmışam. Bəzən başımı divara çırpıb, boğub, saçımdan tutub yerləri sürüyüb. Adam hər gün döyüləndə bir az daha bərkiyir. Hər gün özümü alışdırırdım, bir-iki təpik, şillə, ölməyəcəm deyirdim.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          - Döyüldüyün üçün evi tərk etməmisən? - Yox, döymək, söyülmək bizim ailədə adi hala çevrilib. Biri var, hansısa səbəb olsun, kişini hirsləndirəcək hərəkətlər edəsən. Biri də var ki, niyə döyüldüyünü bilməyəsən. Yəni bizdə vəziyyət fərqlidir. Mən onunla ehtiyatla rəftar edirəm, çalışıram ki, heç bir sözündən çıxmayım. Bəzən məni cəzalandırmaq üçün evə heç nə almır, uşaq da ac qalır. Sonuncu dəfə dedim ki, uşağa geyindirməyə heç nə yoxdur, icazə ver, heç olmasa, anamgildən borc istəyim. Amma icazə vermədi. Keçən dəfə evdən qaçarkən yoldakı mağazaların birində satıcının yazığı gəldi, uşağa ayaqqabı verdi. Hər dəfə mən evdən qaçıram, bizi tapır, dəyişəcəyinə söz verir. Amma heç nə dəyişmir. Kirayə evdə yaşayasan, çölə çıxmayasan, qapını heç kim açmaya. Nə atam, nə də bir qohumum evimizə gələ bilmir. Öz ailəsi də onu görmək istəmir. Nə qədər belə vəziyyətdə yaşamaq olar? Ata-anasına şikayət edirəm, deyirlər ki, o birinci ailəsinə də zülm edib, tanımadan ərə gəlməyəydin. Heç kim onun işinə qarışa bilmir. Amma hər dəfə gedib-qayıdanda bəlkə bir ümid var deyirəm. Hər dəfə də bir az daha ümidim ölür. Görürəm ki, artıq yolum yoxdur.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     Əvvəl də evdən qaçmısan.   - Hə, bir neçə dəfə evdən qaçmışam. Bir dəfə məni lüt soyundurub küçəyə qovdu. Divarın dibinə çöməlib oturdum. Yalvardım ki, heç olmasa üstümü örtməyə bir şey versin. Kimsə məni o vəziyyətdə görsəydi, heç nəyə baxmadan özümü öldürəcəkdim. Soyuq hava, yağış yağır, gizlənməyə yer axtrırdım. Sonra dedi ki, sənin namusunu sınayırdım. Bilmək istəyirdim ki, mənə sədaqətli olacaqsan, ya yox. Lüt arvadını küçəyə qovan adam səndən sədaqət tələb edir. Həmin günün səhəri onunla barışdım. Yemək bişirdim, çalışdım ki, heç nədən şübhələnməsin. Sonra evdən qaçdım. Bilirsiniz, dərdimi deməyə heç kimim yoxdur. Ata-anama da pənah apara bilmirəm, həyat yoldaşım onları öldürəcəyi ilə hədələyir. Onlarda məni qorumağa cəsarət yoxdur. Burada yalnız Mehriban Zeynalova, bir də psixoloqla danışa bilirəm.   - Bəs o işgəncədən sonra niyə təkrar onun yanına qayıtdın?   - Başqa əlacım olmadı. Heç yerdə iş tapa bilmədim, nə qədər sığınacaqda qalmaq olar? Məni zorla evə apardı. Söz verdi ki, əvvəlki kimi olmayacaq. Amma səhəri gün məni döydü, başımı divara o qədər vurmuşdu ki, bir həftə gözümü aça bilmədim. 7 ay birtəhər yaşadıq, təkrar evdən qaçmağa məcbur oldum. Hər şeyə dözə bilirəm, təkcə bu hərəkətinə yox...                                                                                                                                                                                                                                                                                           - Nəyə?   - Hər gün məni zorlayır, özü də döyə-döyə... Etiraz etməyə imkanım yoxdur. Həkim sonuncu dəfə dedi ki, əməliyyata ehtiyacın var. Belə davam etmək olmaz. Yenə də xeyri yoxdur. Yəni bunu, onun vəhşiliyini kimə deyə bilərəm? Yalnız Mehriban xanımla danışıram. Döyülməyə, söyülməyə razıyam. Amma hər gün eyni işgəncəyə dözmək olmur. Gecə o yatandan sonra evdən qaçmışam, ayağıma ayaqqabı geyinməyə qorxdum. Nə özümə, nə də uşağa paltar götürməmişəm. Burda hərə bir paltar verib. Amma soyuq olanda geyməyə paltarımız, ayaqqabı yoxdur. Bundan sonra vəziyyətimiz necə olacaq, onu da bimirəm. Dilənməklə, ondan-bundan paltar almaqla yaşamaq mümkün deyil. Uşaq meyvə istəyir, oynamaq, oyuncaq istəyir. Sığınacağa gələn hər kəsin qucağına qaçır, digər uşaqların əlindəki oyuncaqlara elə həsrətlə baxır ki... Siz çarəsiz qalmağın nə olduğunu bilirsinizmi? Bunu yaşamayan anlaya bilməz. Uşağına hər konfet verənə minnətdar olmaq bilirsiniz nə deməkdir? İndi bura gətirilən yardımlara gözümüzü dikmişik. Gözləyirik ki, kimsə geymək istəmədiyi paltarlardan bizə gətirəcək. Belə yaşmaq çox çətindir.   Bəli, sığıncaqdakı qadınları evdən qaçmağa məcbur edən səbəblər müxtəlifdir. Amma hamısı çarəsiz durumdadır. Onların isti paltara, ərzağa ehtiyacı var...
    248

    Otelə çağırdığı qız doğma qızı çıxdı, arvadı bildi və ... - 42 YAŞLI KİŞİ ŞOKDA

    Zimbabvedə qəribə olay baş verib. BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı kişi arvadı ilə dalaşdığı üçün otelə gedib və fahişə sifariş verib. Az sonra otelə daxil olan fahişənin qızı olduğunu görüb, şoka düşür. Kişinin eşqbazlığı ilə yanaşı qızının fahişə olduğu da məlum olur. 

    Kişi hadisə barədə: "Çox təəssüf edirəm. Bu hadisəni arvadım və qızımla danışdım. Qızım fahişəlik etməyi buraxdığını bildirdi. O gələn il məktəbinə davam edəcək. Arvadım isə uşaqlarımıza görə məni bağışladı, məndən hələ ki, boşanmayacaq".
    195

    Kəmallədin Heydərovun Britaniyadakı bank hesabları donduruldu - SON DƏQİQƏ

    Britaniyanın hüquq-mühafizə orqanlarında Taleh Heydərovla bağlı ciddi araşdırmalara başlanılıb . Azforum.az azerinews.tv-a istinadən bildirir ki Fövqalədə hallar naziri Kəmallədin Heydərovun Britaniyadakı bank hesabları dondurulurb. Bu barədə azerinews.tv-yə diplomatik mənbələrdən məlumat daxil olaub. Məlumata görə, Kəmallədin Heydərovun bank hesblarının dondurulması Qərbin Azərbaycan hakimiyyətinə qarşı yeni təziyiq vasitəsinin işə salınmasıdır. Əslində Britaniyada Azərbaycan hakimiyyətinin tanınmış simalarına məxsus bank hesablarnın, eləcədə dəyəri miliyonlarla ölçülən əmlaklarının olduğu barədə kifayyət qədər məlumatlıdırlar. Lakin Kəmallədin Heydərova gəlincə, Qərb Azərbaycan hakimiyyətinin iqtisadi əzəməti sayılan "fövqəlnazir"in bank hesablarının dondurmaqla hakimiyyətə sarsıdıcı zərbə vurub. 

    Məlumatlarda oda bildirilir ki, hal -hazırda Britaniyanın nüfuzlu banklarından biri sayılan "British Business Bank"da "fövqəlnazir"in oğlu Taleh Heydərovun bank hesabı da dondurulub. Nazir oğlu artıq bir neçə aydır bu bank vasitəsilə hər hansı əməlliyat apara bilmir. Buna səbəb isə həmin bank vasitəsilə 2009-cu ildə Taleh Heydərovun Britaniya parlamentarisi, hərbi məsələlər üzrə xüsusi komitənin sabiq üzvü Maykl Henkokun köməkçisi və sevgilisi milliyyətcə rus olan və Rusiya kəşfiyyatına işləməkdə ittiham edilən Yekaterina Zatuliveterin bank hesabına külli miqdarda pul köçürülməsi göstərilir. Hal - hazırda isə Britaniyanın hüquq-mühafizə orqanlarında ciddi araşdırmalara başlandığından Taleh Heydərova məxsus "British Business Bank"da hesabı bu səbəbdən dondurulub. Hətta o da ehtimal edilir ki, Taleh Heydərovla Rusiya kəşfiyyatının "agenti" Yekaterina Zatuliveterin ilişgiləri üzə çıxarsa onun həbsi qaçılmaz olacaq... 
    Araşdırmalarımız davam edir.
    269

    Azərbaycanlı iş adamının "mənim namusumdur" dediyi arvadının 16 sevgilisi və…

    Azforum.az Milli.az-a istinadən bildirir ki,bir neçə gün əvvəl Ebru Gündəşlə Rza Zərrabın boşanma xəbəri maqazin gündəmində bomba effekti yaratdı. Bu yazıda oxucuları son günlərdə Azərbaycan və Türkiyə mətbuatının gündəmini zəbt edən müğənninin şəxsi həyatı və yaradıcılığı daha yaxından tanış etmək qərarına gəldik.
    Ebru Gündəş Türkiyənin sevimli və əfsanəvi sənətçilərindən biri olsa da, Azərbaycan mətbuatında da tez-tez gündəmə gəlir. Bunun səbəbi isə ilk növbədə Azərbaycan əsilli milyonçu və neft maqnatı Rza Zərrabla evliliyi və ərinin bir neçə dəfə həbs olunmasıdır. İkinci səbəbi Rza Zərrabın Ebrudan əvvəl Azəri qızı Günellə sevgili olmasıdır. Üçüncü səbəbi isə "O səs Türkiyə" musiqi yarışında Elnur Hüseynovun qalib gəlməsidir.
    Qısa xatırlama üçün qeyd edək ki, Elnur Hüseynov yarışa qatılanda Ebrunu seçmişdi. Bu hadisə Türkiyə və Azərbaycan mətbuatı tərəfindən birmənalı qarışlanmamışdı. Elnuru yarışa guya Rza Zərrabın gətirdiyi və qalib olmasında onun əvəzsiz rolu olduğu deyilirdi. Lakin Elnurun istedadı, əsrarəngiz səsi bütün söz-söhbətlərin üstündən xətt çəkdi.
    Yalnız bu yazının qəhrəmanı Elnur deyil. Publika.az-ın "9 don" layihəsinin bugünkü əsas qəhrəmanı 16 sevgilisi olan və 3 dəfə rəsmi nikaha girən, Rza Zərrabın isə "O, mənim namusumdur" dediyi Ebru Gündəşdir. Bəli, düz oxudunuz, Ebrunun nə az, nə çox - düz 16 sevgilisi olub.
    Səhnəyə gəlişi
    Ebru Gündəş 12 oktyabr 1974-ci il tarixində İstanbulda kasıb bir ailədə anadan olub. İndi Türkiyənin ən tanınmış ifaçılarından biri olsa da, uşaqlığı ehtiyac içində keçib. Maddi sıxıntılar, ailədəki problemlər Ebrunu məktəbi bitirən kimi işləməyə məcbur edib. Lakin Ebrunun əziyyətli günlərinin ömrü çox qısa olub. Belə ki, o, geyim fabrikində işləməyə başlayan kimi tale onun üzünə gülüb. Güclü səsi Ebruya uğurun bütün qapılarını taybatay açıb.
    Geyim sənayesində çalışdığı illərdə səsinin gözəlliyindən xəbərdar olan bir tanışı onu Neşe Demirkatanın yanına aparır. Tanışının Ebru Gündəşi Neşe Demirkatanın yanına aparmaqda məqsədi Allah vergisi olan güclü səsini qiymətləndirmək, musiqi bazarına keyfiyyətli və gənc səs təqdim etmək idi. Neşe Demirkatan bu səsi layiq olduğu qədər qiymətləndirmək üçün Ebrunu Himn Musiqi Şirkətinin o zamankı rəhbəri Koral Sarıtaş və məşhur skripkaçı və bəstəkar Səlcuq Tekayanın yanına istiqamətləndirir.
    Gündəşi hər iki əfsanəvi musiqiçi çox bəyənir və gənc qız onların vasitəçiliyi ilə şirkətlə müqavilə imzalayır. Albom hazırlıqlarına başlamazdan əvvəl səhnə təcrübəsi qazanmaq və şöhrətin füsunkar dünyasına öyrəşmək üçün bir müddət Əməl Sayına vokalistlik edir. Gözəl müğənni çox qısa zamanda musiqi dünyasına uyğunlaşaraq ilk albomunun hazırlıqlarına başlayır.
    1993-cü ildə "Tanrı qonağı" adlı ilk albomu musiqi dünyasına bomba kimi düşür. Gündəş ilk albomu çıxan kimi milyonlarla satış rekorduna imza atır.
    Bu albomdan sonra Ebru bir çox mükafata layiq görülür. 1994-cü ildən başlayaraq Kral TV Video Musiqi Mükafatlarında "Ən yaxşı qadın TSM sənətçisi" mükafatını üç il ərzində heç kimə vermir. Ebru Gündəş ilk albomundan dərhal sonra ikinci albomun hazırlıqlarına başlayır. "Şirin bəla" adlı ikinci albomunda sənətçi əsasən asta templi və romantik nəğmələr səsləndirir.
    "Mən hələ böyüməmişəm" adlı üçüncü albomunu 1995-ci ildə çıxarır. Bu albom Ebru Gündəşin musiqi həyatında Sərdar Ortacla ilk əməkdaşlığının başlanğıcı olur. Bu iki sənətçi uzun illər möhkəm dost olmasına baxmayaraq, hazırda küsülüdür. "Qurdlar süfrəsi" adlı dördüncü albomu əvvəlkilər kimi böyük maraqla qarşılanır. Bu ərəfədə filmdə çəkilmək təkliflərini də dəyərləndirən Ebru Gündeş albomlarının adı ilə eyni olan televiziya seriallarında baş rollarda yer alır. İki illik fasilədən sonra 1998-ci ildə "Sən Allahın bir lütfüsən" adlı albomunu musiqi həvəskarlarının ixtiyarına buraxır. On iki mahnıdan ibarət albom Ebru Gündəş yaradıcılığında mühüm yer tutur. Bu albom onu məşhurluğun zirvəsinə aparır. Ebru Gündəş 2000-ci ildə fanatlarını yeni albomla salamlayır. Lakin bu albomun təqdimatı dəhşətli hadisələrlə yadda qalır. Belə ki, "Qayıt, nə olar" adlı bu albomunun studiyadakı təqdimatı zamanı mətbuat nümayəndələri qarşısında beyninə qan sızan Ebru Gündəş bir müddət xəstəxanada yatır. Sənətçinin səhhətində ciddi problemləri olduğunu deyən həkimlər Ebruya dincəlməyi və bir qədər səhnə fəaliyyətindən uzaq qalmağı tapşırırlar. Həkimlərin məsləhətinə əməl edən sənətçi fanatlarından uzaq qalsa da, sözügedən albomu yenə də rekord həddə satılır. Heyranları sənətçiyə olan sevgilərini albomu almaqla göstərirdilər. Bu, Ebrunun sənətinə dərin sevginin və hörmətin təzahürü idi. Müsahibələrinin birində: "Həmişə demişəm, Allah mənə ikinci şans verib. Sağlamlığınız qaydasındadırsa, atdığınız hər nəfəsin haqqını verin. İstədiyiniz həyatı yaşayın və bu yolda mübarizədən dönməyin", - deyib.
    2001-ci ildə Ebru Gündəşin "Əhdim olsun" adlı yeni albomu işıq üzü görür. Albom keyfiyyəti və tirajı ilə musiqi bazarının gündəmini zəbt edir. 2003-cü ildə isə "Şahanə" adlı albomu çıxır. Ümumiyyətlə, Ebru Gündəş güclü səsə malik olan sənətçi olmasına və əldə etdiyi uğurlara baxmayaraq, sakit dayanan tənbəl və məşhurluqdan başı gicəllənən ifaçılardan deyil. O, daim öz üzərində işləyir, tez-tez yeni mahnılar yazdırır və hər il albom çıxardır. Buna görə də bütün albomları satış rekordlarını qırır. Mahnıları isə dillərdən düşmək bilmir.
    "Səhnədə oxuyanda şükür edirəm. Bu çox qəribə hissdir. Çünki mənim həyatımdakı möcüzələr səhnələrlə bağlıdır. Əvvəlcə Ebru Gündəş oldum. Daha sonra çox sevdiyim bir adamdan xəyalını qurduğum bir övlad sahibi oldum. Və hələ də hər konsertdə milyonlarla insanların sevgisini hiss edirəm. Minlərlə şükürlər olsun!"
    Ebrunun fəaliyyəti bununla kifayətlənmir. Seriallarda baş rollara çəkilən sənətçi uğurlu televiziya layihələri ilə çıxış edib. 2013-cü ildən etibarən "O Səs Türkiyə" adlı müsabiqədə münsif kimi iştirak edir. Azərbaycan əsilli milyonçu həyat yoldaşı Rza Zərrabın həbs olunmasından sonra yarışdan bir müddətlik ayrılır. Rza Zərrabın həbs cəzası məhkəmənin qərarı ilə ləğv olunduqdan sonra verilişdəki yerinə yenidən qayıdır, səhnə fəaliyyətini isə bərpa edir.
    Ebru Gündəşin zəngin sevgili siyahısı:
    Ebrunun yaradıcılığı qədər şəxsi həyatı da olduqca rəngarəng və maraqlıdır. Bu cazibədar xanım gənclik illərində kişiləri sözün əsl mənasında əlcək kimi dəyişib... Sevgililərindən ayrılanda normal qızlar kimi depressiyaya düşüb, ağlayıb-sızlayıb, qəribə intihar versiyalarını fikirləşməyib. Əksinə, o, özünə dərhal yeni bir sevgili tapırdı. Son seçimi isə azərbaycanlı milyonçu olub.
    Görüşdüyü kişilərin siyahısı çox uzundur. Odur ki, siyahını pürrəngi çay süzüb, qurtumlayaraq nəzərdən keçirməyi təklif edirik. Ebru Gündəşin nə az, nə də ki çox, düz 16 sevgilisi olub. Milli.Az publika.az-a istinadən bildirir ki, bu siyahıdakı 3 kişi ilə rəsmi nikaha girib.
    1990-ci ildə Həmdi Vardar
    1993-cü ildə Abdulla Gencal
    1995-ci ildə Levent Akkaş
    1996-ci ildə Kərəm Alışık
    1997-ci ildə Atilla Saral
    1998-ci ildə Uche Okeçukvu
    1999-ci ildə İlyas Çaxmaq
    2000-ci ildə Stelyo Pipis
    2001-ci ildə Süha Yavuz
    2001-ci ildə Hakan Poyraz
    2002-ci ildə Ömər Durak
    2004-cü ildə Hakan Aldın
    2005-cü ildə Ömər Gürsoy
    2007-ci ildə Mərd Sarıca
    2008-ci ildə Osmandan Erkır
    2009-ci ildə Rza Zərrab
    Rəsmi nikahda olduqları:
    1-ci evliliyi: 1990-cı ildə Həmdi Vardar ilə evlənib, 1993-cü ildə isə boşanıb.
    2-ci evliliyi: 2002-ci ildə Ömər Dayanacaq ilə evlənib, 2003-cü ildə boşanıb.
    3-cü evliliyi: 10 fevral 2010-cu il tarixində azərbaycanlı iş adamı Rza Zərrabla evlənən Ebru Gündəş bir neçə gün əvvəl boşanması haqqında çıxan xəbərləri təsdiq edib.
    Rza Zərrabla tanışlığı
    Ebru Gündəşin qalmaqallı keçmişi Rza Zərrabı qətiyyən narahat etmir və "O mənim namusumdur" deyir. O, müsahibələrinin birində: "Ebru mənim dəli kimi aşiq olduğum, uğrunda canımı verəcəyəm ki, qadınımdır, namusumdur", - deyə etiraf edib.
    Qeyd edək ki, Rza Zərrab Ebru Gündəşdən 10 yaş kiçikdir. Ebruya qədər onun da adı bir çox eşq macəralarında hallanıb. Ebru Gündəşin sonuncu və boşanmaq üzrə olduğu həyat yoldaşı Rza Zərrabla tanışlığı romantik duyğularla xatırlandığını deyə bilmərik. Belə ki, milyonçu Rza Zərrab Ebrudan əvvəl 8 il Azəri qızı Günellə sevgili olub. Rza Zərrab Ebru ilə elə 8 illik sevgilisinin vasitəçiliyi ilə tanış olub. Ebru Gündəşin gözəlliyinə hələ uşaqlıqdan sitayiş etdiyini deyən Rza Zərrab Güneldən ayrılmasında Ebrunun heç bir rolu olmadığını bildirib. Rzanın sözlərinə görə, Ebru Gündəş onu həyatına Güneldən ayrılandan aylar sonra daxil olub. Günellə ayrılığın səbəbini yola getməmələri və münasibətlərini daha davam etdirə bilməmələri ilə izah edib. Xatırladaq ki, ayrıldıqdan sonra keçmiş sevgililər dəfələrlə bir-birlərinin ünvanına sərt fikirlər səsləndirir, mətbuatın gündəmindən düşmürdülər. Ardı-arası kəsilməyən qalmaqallara və 10 yaş fərqə baxmayaraq, bir-birini dəlicəsinə sevən cütlük 2010-cu il fevralın 11-də Kəmərburqazdakı evlərində səssiz-səmirsiz evlənib. Yalnız 6 nəfərin iştirak etdiyi toyda Ebru Gündeşin gəlin paltarı geyinmədiyi, sadə ağ paltarda olduğu qeyd edilirdi.
    Qızı Alara
    2011-ci ilin 15 oktyabrında qızı Alara anadan olub. Cütlük qızını mətbuatdan mümkün qədər gizli saxlamağa çalışır. Daim jurnalistlərdən qaçan, övladını hər vasitə ilə mətbuatdan gizli saxlamağa çalışsa da, Ebru Gündəşin qızı bir neçə dəfə paparassilərin hədəfinə tuş gəlib.
    Türkiyə mətbuatına verdiyi müsahibədə Ebru analığın ona Allahın bir lütfü olduğunu deyib: "Ona baxanda ürək titrəyir, qarşılıqsız sevginin nə demək olduğunu anlayırsan. Hər şey daha mənalı olur. Əvvəllər özüm üçün yaşayıram, deyərdim. Lakin Alara ilə birlikdə həyatın istiqaməti artıq tamamilə dəyişib. Beynimdə daim qızımı fikirləşirəm. Yaxşı yedimi, içdimi? Böyüdüyünü görə biləcəyəmmi? Öz ayaqları üstündə, müstəqil bir qız olacaqmı? Kimlərlə yoldaşlıq edəcək? Kiminlə evlənəcək? Övlad böyük məsuliyyətdir. Ana olan dostlarıma bu hissi şişirdirlər deyirdim. Amma nə qədər də haqlıylarmış..."
    Belə getsə, mənim üçün Marsı da alacaq!
    Mətbuatda daim Rzanın bütün sərvətini həyat yoldaşına xərclədiyi haqqında da xəbərlər çıxıb. Mütəmadi olaraq həyat yoldaşından bahalı hədiyyələr alan Ebru Gündəş buna belə münasibət bildirmişdi: "Belə getsə, mənim üçün Marsı da alacaq".
    Saysız-hesabsız eşq romanları, qızının süni mayalanma ilə dünyaya gəlməsi xəbərləri, həyat yoldaşının həbs olunması, ikinci hamiləliyini qəfildən pozulması xoşbəxtliyinə soğan doğrayır. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Rza Zərrabın qaçaqmalçılıq və rüşvət iddiası ilə saxlanılması Ebru Gündəşin səhhətinə də təsir edir. Səhnə fəaliyyətinə son qoyduğu haqqında məlumatlar yayılır. Ebru bu xəbərlərə belə aydınlıq gətirib: "Bir gün gələcək Ebru Gündəşə dair hər şeyi atıb gedəcəyəm. Təbii ki, özümdən sonra bir iz qoyacağam... Amma pul, şan, şöhrət hər şey boşdur. Məhəbbət hər şeydən əvvəl gəlir. Yəni, övladım, həyat yoldaşım... Əvvəlcə özümüz üçün yaşayıb ruhumuzu qidalandırmalıyıq və bizi nə xoşbəxt edirsə, onu yaşamalıyıq. Əlimdən gəldiyi qədər belə yaşamağa çalışıram. Mal-mülküm haqqında xəbərlər yazılsa da, əslində ona böyük dəyər vermirəm. Həyat yoldaşımın həbsindən sonra həyata baxışım tamamilə dəyişdi. Daha eqoma təslim olmuram. Bəli, şöhrət müdhiş bir duyğudur, amma onun həyatının mərkəzi olmaması lazım olduğunu öyrənirsən. Bunu öyrəndikdən sonra eqo öz-özünə keçirir. Təvazökar səslənsə də, insan böyüdükcə kiçilməyi öyrənməlidir. Məni çox sevən, mənim də çox sevdiyim həyat yoldaşım və çox gözəl bir qızımız var. Xoşbəxtəm. Amma haqqımda hər cür xəbərlər çıxır. Haqqımdakı bu cür xəbərlərin sənətimə və ailəmə mane olacağına inanmıram. Mən maddiyyatla, ya da kiminsə xahişi ilə məşhurlaşmamışam. Səsim Allah vergisidir. İllərdir dayanmadan çalışan bir sənətkaram. Mənim həyat yoldaşımın imkanlarına malik yüzlərlə iş adamı, ailə var. Gördüyü hər bir işin, aldığı hər hədiyyənin onun adıyla təqdim edilməsi təbii ki, bizi narahat edir. Bu xəbərləri yayan jurnalistlər həyat yoldaşları ilə belə yaşayırlar? Onların zehnində ər və arvad olmaq belə bir şeydirmi? Deyilsə, niyə bizə bunu edirlər? Biz ayrı-ayrı çalışan və pulunu qazanan, uşaq sahibi olan insanlarıq. Öz imkanlarımız daxilində həyatımızı qururuq. Nə aldğımızdan kimə nə?".
    Gündəmə bomba kimi düşən boşanma xəbəri 
    Təəssüf ki, müğənninin Raza Zərrabla ən uzunmüddətli evliliyi də ayrılıqla nəticələnib. İfaçı artıq 6 aydır Amerikada həbsdə olan ərindən boşanmaq qərarına gəlib və artıq məhkəməyə müraicət edib. Zərrab boşanma təklifinin Ebru Gündəşdən gəldiyini və çətin də olsa, bu təklifi qəbul etdiyini bildirib. Ebru bu haqda deyib: "4 ildir dözürəm, amma dayanmağa gücüm qalmayıb".
    Rza da öz növbəsində "Ebru sıxıntılı günlərimdə boşanmaq istəyir. Mən də üzülərək boşanıram" deyib. Ebru Gündeş tələb etdiklərini qızı üçün istədiklərini deyib: "Özüm üçün bir qəpik də istəmirəm. Amma qızımın gələcəyini düşünürəm". İddiaya görə ifaçı Rzanın 50 milyon TL-lik təklifinin az olduğunu vurğulayıb. Bodrumdakı villa və Mayamidəki evi də istəyib.
    Milyon dollarlıq imarət və lüks maşınları olan nankor övlad
    Başına fasiləsiz olaraq müxtəlif hadisələr gələn Ebrunun atası ilə yaşadığı qalmaqal böyük səs-küy doğurmuşdu. Milyonlar qazanan sənətçinin atasının kasıbçılıq içində yaşamasını Türkiyə mətbuatı kəskin tənqid etmişdi. Məşhur türk müğənnisi Ebru Gündəşin evsiz küçələrdə yaşayan atası Rəmzi Gündəş keçən il mətbuata şok açıqlamalar vermişdi.
    Milyon dollarlıq imarət və lüks maşınları ilə göz qabağında olan sənətçinin atası illər sonra yenidən danışır. İş adamı Rza Zərrabla ailə həyatı quran ifaçının 70 yaşlı atası hal-hazırda Bakırköydə yerləşən köhnə əşyaların satışı ilə məşğuldur və elə oradaca yaşayır. Qızı haqqında çox danışmaq istəmədiyini deyən Rəmzi bəy Ebrunun onu heç vaxt axtarmadığını deyib: "Nəvəm var, amma qızım olmadığı üçün nəvəmi də görə bilmirəm. Ən çox onu görmək istərdim"- deyib.
    Balaca 20 kv. metrlik yerdə yaşayan R. Gündəşin bu həyatda ən sadiq dostunun onunla birlikdə yaşayan pişiyinin olduğunu deyib və bunları əlavə edib: "Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm. 70 yaşıma çatmışam, amma hələ də təqaüd ala bilmirəm, bunun üçün pul ödəməliyəm, ödəyə bilmirəm. Acından ölərəm, amma kiminsə qapısına gedib, pul istəmərəm. Utanmasaydım, gedib Bülənt Ersoydan pul istəyərdim, amma Ebrudan heç vaxt".
    Qeyd edək ki, sənətçiyə yaxın olan ailədən bildirilib ki, Ebru atası üçün Bakırköydə ev alıb və hər ay pul göndərir. Buna baxmayaraq, Rəmzi Gündəş hər dəfə bu yardımı geri qaytarıb. Ebru Gündəş həmin xəbərlə bağlı jurnalistlərə açıqlamasında atasının alkoqolizmdən əziyyət çəkdiyini və bu üzdən də yaddaşı ilə bağlı problemlərinin meydana gəldiyini deyib.
    "Atam alkoqolizmdən əziyyət çəkir. Yaddaşı ilə bağlı ciddi problemləri var. Bəzən görüşəndə məni belə tanımır. Ona hər ay müəyyən məbləğdə pul göndərirəm. Bunu sübut etmək üçün qəbzləri də göstərə bilərəm. Üstəlik, onun üçün mənzil də almışam. Amma atam həmin evdə yaşamaqdan imtina edib. İşlədiyi dükanda rahat olduğunu və orada özünü daha xoşbəxt hiss etdiyini deyir. Onu müalicə etmək üçün dəfələrlə xüsusi klinikalara aparmışam. amma bir nəticə verməyib", - deyə müğənni söyləyib.
    Cazibədarlıq sirləri
    Cazibədar müğənni Ebru Gündəş gözəlliyini qorumaq üçün əlindən gələni edir. Son dövrdə Ebru inanılmaz dəyişikliyi ilə hər kəsi özünə heyran qoyur. O, gözəlliyi sayəsində heyran baxışları öz üzərinə çəkməyi bacarır. Lakin bu gözəlliyi heç də Allahın bəxş etdiyi təbii gözəllik deyil. Belə ki, Ebru Gündeş üzündəki qüsurlardan xilas olmaq üçün illər öncə burnunu əməliyyat etdirib, dişlərini düzəltdirib. Deyilənlərə görə, yanaqlarına, gözlərinin altına slikon qoydurub. Özünü başdan ayağa yaradan sənətçi dodaqlarına da dolğu vurdurmağı yaddan çıxartmayıb.
    Ebru Gündəşin daha gənc görünməsinin sirri əslində düzgün makiyajla bağlıdır. Məşhur sənətçinin vizajistləri Ebrunun üz cizgilərini yaxşı bilirlər və çox peşəkar makiyaj edirlər. Ebru Gündeş dodaqlarında canlı rəngləri, gözlərində isə quyruqlu layner çəkməyi sevir.
    "Təbii tərkibli qulluq məhsulları istifadə edirəm. Limonun suyunu sıxdıqdan sonra qalan lifli qisimini bədənimə sürtürəm, beləliklə dərim canlı və parlaq olur. Hamam duzundan istifadə etməyi sevirəm. Xüsusilə dəniz duzu ilə qoxulu yağları qarışdırıram.Yasəmən, portağal, badam, lavanda və jojoba yağlarını daha çox sevirəm və dərim üçün daha faydalı olduğunu düşünürəm.
    Həftədə 1 dəfə pilinq edirəm. Bu, həm dərimin, həm də bədənimin ölü dərilərdən təmizlənməsini təmin edir. Çoxlu su içməyə diqqət edirəm. Doğumdan sonrakı çəkimi itirməkdə rol oynayan ən böyük faktor sudur. Hər gün 4 litrə yaxın su içirəm. Süfrəmdən qaynadılmış tərəvəzləri əsla əskik etmirəm. Axşamları yüngül qidalanıram. Qüsursuz görüntümü axşam yeməyi yerinə meyvələrə borcluyam".
    Stili haqqında
    Bahalı paltarlara səhnəyə olan hörmətindən dolayı böyük pullar xərclədiyini deyir. O, müsahibələrinin birində bunu etiraf edib: "Paltar bir az da məcburiyyətdir. Gördüyümüz işə qayğı və hörmət əlaməti olaraq dəbdəbəli geyinməliyik. Mən mahnımı oxuyarkən tamaşaçını elə ovsunlayıram ki, inanın, orada üzərimdə necə bir paltar olmasının heç bir əhəmiyyəti qalmır. Amma əsas səhnə şousudur. Yəni, səs olmadan sadəcə şou bir az çılpaq görünür. Hamısı bir-birini tamamlayanda isə fövqəladə görünür".
    271

    Toya atmalı olduğu 200 avronu seçki qutusuna atdı

    Dünən İspaniyanın Pontevedra vilayətində yerli parlamentə keçirilən seçkilərdə kuryoz olay yaşanıb.
    Azforum.az day.az-a istinadən bildirir ki, Redondela şəhərində seçicilərdən biri səhvən seçki qutusuna səsvermədən sonra gedəcəyi tədbirdə hədiyyə vermək üçün hazırladığı zərfi salıb.
      Bu cür "səs" verəndən sonra seçici məntəqədən 100 km aralıda yerləşən Orense şəhərinə gedib və şənlik sahiblərinə içərisində 200 avro əvəzinə seçki bülleteni olan zərfi hədiyyə verib. Səhvindən burada agah olan seçici polisin müşayiəti ilə məntəqəyə qayıdıb və zərfləri dəyişib.
    191

    Azərbaycanlı “qanuni oğru” saxlanıldı

    Dünən gecə Moskvanın "1905-ci il” küçəsində yerləşən "Naş dvor” restoranında azərbaycanlı "qanuni oğru” Taleh Dağlıyev saxlanılıb.   Azforum.Az-ın azxeber.comz-a istinadən məlumatına görə, kriminal aləmdə "Tolik Noqinski” kimi tanınan Dağlıyevin üstündən narkotik maddə götürülüb. 32 yaşlı Dağlıyev iki il əvvəl taclandırılıb. O, əslən Bakıdandır, Maştağa qəsəbəsində anadan olub. Onun taclandırılmasında "Blondin”, "Puxlıy”, "Zabava”, "Sirkaç” kimi tanınmış oğrular iştirak edib.  
    246

    Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələri açıqlanıb

    Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələri açıqlanıb
    Azforum.Az-ın interaztv.com istinadən məlumatına görə,Sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının ilkin nəticələrini açıqlayıb
     
      Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının ilkin nəticələrini açıqlayıb.

    İnterAz-ın məlumatına görə, MSK-nin sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 5627 seçki məntəqəsindən 3950 seçki məntəqəsi hesabat verib. 

    Səsvermənin ilkin nəticələri aşağıdakı kimidir:

    1. 9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:

    “I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir” - lehinə (84,8%), əleyhinə (8,6%), etibarsız  (6,69%);

    2. 24-cü maddədə:

    2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:

    “I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.”;

    2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

    “Hüquqlardan sui-istifadəyə yol verilmir” - lehinə (84,9%), əleyhinə (8,5%), etibarsız  (6,6%);

    3. 25-ci maddədə:

    3.1. III hissənin birinci cümləsində “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü “etnik” sözü ilə əvəz edilsin;

    3.2. aşağıdakı məzmunda VI hissə əlavə edilsin:

    “VI. Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar” - lehinə (85%), əleyhinə (8,4%), etibarsız  (6,6%);

    4. 29-cu maddədə:

    4.1. V hissə VII hissə hesab edilsin;

    4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:

    “V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

    VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” - lehinə (85,2%), əleyhinə (8,3%), etibarsız  (6,4%);

    5. 32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilsin:

    “VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

    VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

    VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir” - lehinə (85,2%), əleyhinə (8,3%), etibarsız  (6,4%);

    6. 36-cı maddədə:

    6.1. II hissədən “və digər silahlı birləşmələrdə” sözləri çıxarılsın;

    6.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

    “IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır” - lehinə (85,3%), əleyhinə (8,2%), etibarsız  (6,4%);

    7. 47-ci maddənin III hissəsində “sosial” sözündən sonra “və hər hansı digər meyara əsaslanan” sözləri əlavə edilsin  - lehinə (87,3%), əleyhinə (7,2%), etibarsız  (5,6%);.

    8. 49-cu maddənin II hissəsində “etməklə” sözündən sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözləri əlavə edilsin - lehinə (84,4%), əleyhinə (8,7%), etibarsız  (6,9%);

    9. 53-cü maddənin I hissəsində “heç bir halda” sözləri çıxarılsın və “vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)” sözləri əlavə edilsin - lehinə (87,2%), əleyhinə (7,2%), etibarsız  (5,6%);

    10. 56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözləri “seçilmək” sözü ilə əvəz edilsin - lehinə (87,4%), əleyhinə (7,2%), etibarsız  (5,5%);

    11. 57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

    “Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər” - lehinə (87,3%), əleyhinə (7,2%), etibarsız  (5,5%);

    12. 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

    “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” - lehinə (87,4%), əleyhinə (7,2%), etibarsız  (5,4%);

    13. 59-cu maddədə:

    13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən “qanunla nəzərdə tutulmuş qaydada” sözləri çıxarılsın;

    13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:

    “II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir” - lehinə (86,1%), əleyhinə (7,7%), etibarsız  (6,2%);

    14. 60-cı maddə aşağıdakı redaksiyada verilsin:

    “Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

    I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

    II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

    III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

    IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər” lehinə (83,5%), əleyhinə (9,2%), etibarsız  (7,3%);

    15. 68-ci maddədə:

    15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

    “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;

    15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;

    15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:

    “I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;

    “IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır” - lehinə (83,2%), əleyhinə (9,3%), etibarsız  (7,5%);

    16. 71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

    “Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” - lehinə (87,3%), əleyhinə (7,2%), etibarsız  (5,5%);

    17. 85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin lehinə (88,3%), əleyhinə (6,6%), etibarsız  (5,2%);

    18. 89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:

    “6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

    7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda”  - lehinə (87,2%), əleyhinə (7,2%), etibarsız  (5,6%);

    19. Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:

    “Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması

    Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır” - lehinə (87,4%), əleyhinə (7,1%), etibarsız  (5,5%);

    20. 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın lehinə (91%), əleyhinə (4,8%), etibarsız  (4,2%)

    21. 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

    “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” - lehinə (91,2), əleyhinə (4,7%), etibarsız  (4,5%)

    22. Aşağıdakı məzmunda 1031-ci maddə əlavə edilsin:

    “Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri

    I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

    II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” - lehinə (89,3%), əleyhinə (5,8%), etibarsız  (4,9%)

    23. 105-ci maddədə:

    23.1. I hissənin birinci cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin;

    23.2. II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;

    23.3. III hissə aşağıdakı redaksiyada verilsin:

    “III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.”;

    23.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

    “IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir” - lehinə (87,7%), əleyhinə (6,8%), etibarsız  (5,4%)

    24. Aşağıdakı məzmunda 1061-ci maddə əlavə edilsin:

    “Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı

    I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

    II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

    III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

    IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər” - lehinə (87,8%), əleyhinə (6,8%), etibarsız  (5,4%);

    25. Aşağıdakı məzmunda 1081-ci maddə əlavə edilsin:

    “Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir” - lehinə (87,8%), əleyhinə (6,8%), etibarsız  (5,4%);

    26. Aşağıdakı məzmunda 1101-ci maddə əlavə edilsin:

    “Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi

    Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər” - lehinə (87,9%), əleyhinə (6,7%), etibarsız  (5,3%);

    27. 121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

    “Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” - lehinə (88%), əleyhinə (6,7%), etibarsız  (5,3%);

    28. 126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin - lehinə (84,2%), əleyhinə (8,9%), etibarsız  (6,9%);

    29. Aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilsin:

    “Maddə 1461. Bələdiyyələrin məsuliyyəti

    Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” - lehinə (84,4%), əleyhinə (8,8%), etibarsız  (6,7 %).
    147

    Kürdəmirdə 15 yaşlı oğlan zorla görün kimlə nişanlandı

    Adətən qızların erkən yaşda nişanlandırıldığını və ya evləndirildiyini eşitmişdik. Kürdəmirdə isə 15 yaşlı oğlanı nişanlayıblar. Həm də zorla. Bu barədə oğlanın bacısı məlumat verib.
    Azforum.az Milli.Az -a istinadən bildirir ki, bu dəfə yeniyetmə qızı yox, oğlanı zorla nişanladılar. Hadisə Kürdəmirdə baş verib. Bir müddət əvvəl bir nəfər gənc qadın ailəsində problem yarandığı üçün paytaxtdakı sığınacaqlardan birinə müraciət edib. Söhbət əsnasında isə 15 yaşlı qardaşının ailəsi tərəfindən nişanlandırıldığını bildirib.
    Qadın bildirib ki, erkən nikah onların ailəsində normal hala çevrilib. Özü də azyaşlı ikən ailəsi tərəfindən evləndirilib.
    Mehriban Zeynalova deyir ki, bu cür erkən nikah sonradan bir sıra fəsadlara səbəb olur. Oğlan psixoloji cəhətdən evliliyə tam hazır olmadığı üçün onda travmalar əmələ gələ bilər.
    125
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com












×