Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı Qazaxıstanla əlaqələr yaradır

Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı Qazaxıstanla əlaqələr yaradır
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının təşkil etdiyi növbəti onlayn tədbir keçirilib.
Azforum.az xəbər verir ki, tədbir İcmanın gənclər təşkilatının Azərbaycandan kənarda yaşayan həmvətənlərimizlə olan əlaqələrin yaradılması baxımından olduqca səciyyəvi əhəmiyyət daşıyıb. Belə ki, onlayn tədbirdə Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı ilə Qazaxıstanda yerləşən Azərbaycan Tarixi Mədəniyyət Mərkəzi arasında münasibətlərin gələcək perspektivləri müzakirə olunub. Görüsü giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov qırx dörd günlük Vətən savaşında qazanılan qələbədən sonra Azərbaycanın artıq informasiya savaşı apardığını və bu informasiya savaşında dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının aktiv şəkildə iştirak etməli olduğunu bildirərək Qazaxıstanda yaşayan soydaşlarımızın və qazax qardaşlarımızın hər zaman yanımızda olduğunu xüsusi ilə vurğulayıb. Onun sözlərinə görə, hal – hazırda gündəmdə olan, hər zaman ölkə başçımız tərəfindən xüsusi ilə qeyd olunan Qərbi Azərbaycan mövzusu da xaricdə yaşayan diasporamız tərəfindən də diqqətdə saxlanılır ki, bu da olduqca təqdirəlayiq haldır.
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı Qazaxıstanla əlaqələr yaradır
Daha sonra Qərbi Azərbaycan İcmasının sədr muüvini Mirfaiq Mirheydərli də belə görüşlərin önəmindən bəhs edərək dost və qardaş ölkələr arasındaki əlaqələrin vacibliyinə toxunub. Sədr müavini hər zaman Qazaxıstanın haqlı davamızda bizim yanımızda, qardaşının yanında olduğuna diqqət çəkərək, bu işdə qardaş ölkədə yaşayan soydfaşlarımızın da fəaliyyətlərinin önəmini qeyd edib.
Qazaxıstanda yerləşən Azərbaycan Tarixi Mədəniyyət Mərkəzinin rəhbəri İlkin Orcov sədri olduğu qurum haqqında məlumat verərək Mərkəzin qurulduğu gündən etibarən Azərbaycanın haq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı ilə yaranan əməkdaşlıqdan məmnunluğunu dilə gətirən İlkin Orucov gələcəkdə yaşadığı ölkədə erməni təcavüzünün, vadalizminin təbliği baxımından əlindən gələni etməyə hazır olduğunu bildirib. Tədbirdə yekun sözlə çıxış edən İcmanin gənclər təskilatının üzvü Ələkbər Mirzəyev tədbir iştirakçılarına iştirak etdikləri üçün təşəkkür edib və bildirib ki, bundan sonra beynəlxalq əlaqələrin qurulması yönündə onlayn tədbirlərin keçirilməsi daha da intensivləşəcək.
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı Qazaxıstanla əlaqələr yaradır
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı Qazaxıstanla əlaqələr yaradır
Tarix: 30-06-2021, 17:23