Kiyevdə 1346 dinc sakinin meyiti tapıldı

Kiyevdə 1346 dinc sakinin meyiti tapıldıUkraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş dinc sakinlərdən artıq 1346-nın meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, mülki şəxslərin əksəriyyəti odlu silahdan qətlə yetirilib. Bildirilib ki, açıqlanan rəqəm son deyil, bundan sonra da meyitlərin tapılacağı güman edilir.
Tarix: 18-07-2022, 10:10