"Ermənistanın cəzasız qalması dayandırılmalıdır"

"Ermənistanın cəzasız qalması dayandırılmalıdır"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tvitterdə paylaşım edib.
Azforum.az xəbər verir ki, nazir bildirib: “Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistanın tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.
Tarix: 31-03-2021, 12:33