• Последние новости


    Bakı sakinlərinin 20 Yanvar BİABIRÇILIĞI – “Xaçmaz rayonu işğal edilib

    Paytaxt Bakıda keçirilən 20 yanvar sorğusunda üzücü məqamlar ortaya çıxıb. Şəhər əhalisi 20 yanvar günü nə baş verib sualını cavablandırıb.
    Paytaxt sakinlərinin əksəriyyəti 20 yanvar günü nə baş verdiyini bilməyib. Hətta ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin adların bilmək bir yana onların əvəzinə tamamilə başqa rayonların adlarını söyləyiblər.
    Qeyd edək ki, sorğunu internet kanallarından biri keçirib.
    Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
    84

    20 yanvar hadisələrinə ilk qiyməti ulu öndər Heydər Əliyev verib

    Aktual.az millət vəkili Eldəniz Səlimovun 20 yanvar hadisələriylə bağlı fikirlərini təqdim edir:   20 yanvar 1990-cı il faciəsindən 27 il keçir. Unudulası mümkün olmayan bu qətliam, insanlığıa qarşı törədilmiş qəti cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara qara yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix təkcə acılarla xatırlanmır, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bötövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. 20 yanvar qan yaddaşımıza qəhrəmanlıq səhifəsi kimi yazılıb.  İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin insan hüquqları haqqında ümumi bəyənnaməsinin kobud  sürətdə pozulmuş, 20 yanvar faciəsinə beynəlxalq hüquqi qiymət verilməyib. Bu hadisələrə ilk qiymət verən də o vaxtlar Moskvada yaşayan Ulu öndər Heydər Əliyev oldu. O, Azərbaycan nümayəndəliyinə gedərək kəskin bəyanatla dünyaya müraciət etdi. Azərbaycanda 20 yanvar faciəsinə 94-cü ildə Ulu öndərimizin rəhbərliyi ilə hüquqi qiymət verilib. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərinin Dağüstü parkında möhtəşəm  kompleks tikilib. 20 yanvar faciəsində və torpaqların azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğul və qızlarımız dövlətimiz tərəfindən həmişə qayğı ilə əhatə olunur. Hər il 20 yanvar tarixində Şəhidlər xiyabanında 100 minlərlə insan şəhidlərimizin xatirəsini yad edərək onların məzalarını ziyarət edir. Son  vaxtlar Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə diqqət daha da artıb.  20 yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq bu hadisəyə dünya birliyi tərəfindən hüquqi qiymət verilməyib, ikili standartların mövcudluğu torpaqlarımızın işğalına şərait yaradıb.  İnanırıq ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə torpaqlarımız düşməndən azad olacaq. Şəhidlərin qanı yerdə qalmayacaq!
    22

    "Bu videoya baxanda çox utanıram" - Azərbaycanlı aktrisa - VİDEO

    Aktrisa Pərvin Abıyevanın yeni videosu yayılıb. Aktrisanın rəfiqəsi tərəfindən çəkilən bu videonu elə aktrisanın özü şəxsi səhifəsində paylaşıb.   Unikal.org xəbər verir ki, gənc aktrisa Pərvin Abıyeva bu kadrlardan çox utandığını, rəfiqəsi tərəfindən ələ salındığını qeyd edib:   "Allahım, bu videoya baxanda çox utanıram. Məni hələ belə dolayan olmamışdı. Rəfiqəmə bilmirəm nə deyim, pis də deyə bilmirəm, yaxşı da”.  
    https://www.youtube.com/watch?time_continue=6&v=fALiWMFGf7I
     
    180

    Azərbaycanda BİABIRÇILIQ - Ata öz doğma qızını ZORLADI

    Astara rayonunun Tüləgüvən kənd sakini, 1971-ci il təvəllüdlü F.A. həmin rayonunun Pəlikəş kəndində yaşayan qaynatası Y. T.-nın evində olarkən, 5 avqust 1994-cü ildə anadan olmuş, on dörd yaşına çatmayan azyaşlı qızı A. A.-nı aldadıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.   Aktual.az  xəbər verir ki, F. A. öz azyaşlı qızını zorlayıb.   Bundan sonra, F. A. öz cinayət əməllərini davam etdirərək təkrarən, sərxoş vəziyyətdə müxtəlif vaxtlarda Astara rayonunun Pəlikəş kəndindəki qaynatasının evində və Tüləgüvən kəndinə öz evində azyaşlı qızı ilə dəfələrlə cinsi əlaqədə olub. A. A.-nın 14 yaşı tamam olduqdan sonra cinsi əlaqədə olma hərəkətlərini qavramaqla, onların mahiyyətini anlamaq qabiliyyətinə malik olsa da, atasından qorxduğuna görə, ona müqavimət göstərə bilməyib. Ata da qızının müqavimət göstərməməsindən öz xeyrinə bəhrələnib və qızı ilə kef çəkib.   "Atam hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu dedi”   Məhkəmədə ifadə verən atası tərəfindən zərərçəkmiş A. A. bildirib ki, 14 yaşınadək bacısı M. A. ilə birlikdə Pəlikəş кəndində babası Y. T.-nın evində, ata, ana və qardaşları isə Tüləgüvən kəndində yaşayıblar:    "Hərdən atam və anam bizim yanımıza gəlirdilər, 20-30 gün həmin kənddə babamgildə qalırdılar, yenidən Tüləgüvən kəndinə qayıdırdılar. Günlərin bir günü atam kəndə tək gəldi. Bu zaman аtаmla еvdə təк qаldıq. Atam mənə hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu dedi”.   "Atam məni qucaqlayaraq paltarımı soyundurdu”   Zərərçəkmiş qız ifadəsinin davamında atasının ona necə yaxınlıq etməsini danışıb:    "Atam hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu deyəndən sonra mənimlə oynamağa başladı. Həmin vахt uşаq оlduğumdаn аtаmın mənə nə еtdiyini bаşа düşmədim. Atam məni qucaqlayaraq paltarımı soyundurdu. Sonra atam öz paltarlarını da soyundu, bundan sonra mənim qızlığımı pozdu”.   "Atam hər atanın öz qızı ilə cinsi əlaqədə olub sonra onu ərə verdiyini dedi”   Zərərçəkmiş ifadəsində daha sonra qeyd edib ki, аtаsının оnunlа cinsi əlаqədə оlduğunu sоnrаdаn аnlаyıb:    "Atam mənimlə cinsi əlaqədə olandan sonra üstümü, ora-burasını özü təmizlədi. Sonra heç kimə heç nə deməməyimi, hər atanın öz qızı ilə cinsi əlaqədə olub, sonra onu ərə verdiyini dedi. Bunun üçün bu barədə heç kimə heç nə demədim. Atamla cinsi əlaqədə olandan sonra üç gün keçdi. Üç gündən sonra atam yenidən mənimlə cinsi əlaqədə oldu. Həmin vaxt da Pəlikəş kəndində babamın evində heç kim olmayıb. Atam eyni qayda ilə mənimlə 5-6 dəfə ayrı-ayrı günlərdə cinsi əlaqədə olub”.   "Atam sərxoş olub mənimlə cinsi əlaqədə olurdu”   Azyaşlı qız ifadəsində bildirib ki, ayrı-ayrı günlərdə atası ilə cinsi əlaqədə olandan sonra babasının yaşadığı evdən çıxıb:    "Mən atamgilin Tüləgüvən kəndində yaşadığı evə getdim. Həmin vaxt atam pul qazanmaq üçün Bakıya getmişdi. Bu ərəfədə atamın bibisi oğlu S. A. ilə nişanlandım. Bir neçə aydan sonra atam Bakıdan evə gəldi. Evə gəldiyi gün kənddə harasa getdi. Axşamüstü təxminən saat 17-18 radələrində sərxoş vəziyyətdə qayıtdı. Həmin vaxt evdə atam və məndən başqa heç kim yox idi. Atam yenə də mənimlə cinsi əlaqədə oldu”.   "Nişanlıma həqiqəti danışdım, uşağın atamdаn olduğunu dedim”   Azyaşlı qız həmçinin qeyd edib ki, anası Bakı şəhərinə gedib:    "Anam Bakıda olanda qarnım şişdiyi üçün xəstə olduğumu güman etdim. Nişanlım S. A.-nın anası Ə. A.-ya xəstə olduğumu dedim. Səhəri gün Ə. A. ilə birlikdə Astara rayon Mərkəzi Xəstəxanasına getdik. Həmin xəstəxanada həkim məni müayinə edərək hamilə olduğumu dedi, bundan sonra evə qayıtdıq. Nişanlıma həqiqəti danışdım, uşağın atamdаn olduğunu dedim. Bundan sonra bacım M. A.-ya və atamın bibisi Ə. A.-ya həqiqəti danışdım, onlara uşağın atamdаn olduğunu dedim”.   "Bacım atamdan polisə şikayət etdi”   Zərərçəkmiş azyaşlı qız ifadəsinin sonunda qeyd edib ki, atasının iyrənc hərəkətləri üzə çıxandan sonra Bakı şəhərində olan anası ilə əlaqə saxlayıblar:    "Bacım M.A. telefonda anam ilə danışdı. Anam bizi Bakı şəhərinə çağırdı. Bacım M. A. və qardaşım V. A. ilə birlikdə Bakı şəhərinə getdik. Həmin vaxt anam məni xəstəxanaya apardı. Həkim məni abort etdi. Bundan sonra Bakı şəhərində qaldıq, sonradan bacım M. A. atamın mənimlə cinsi əlaqədə olduğu barədə polisə şikayət etdi”.   "Pəncərədən baxanda qaynımın qızı ilə cinsi əlaqədə olduğunu gördüm”   Məhkəmədə şahid qismində ifadə verən G. R. bildirib ki, Tüləgüvən kəndində qaynı F. A.-nın evinə çörək dalınca gedib:    "Həmin vaxt evin pəncərəsindən içəri baxdıqda qaynımın öz qızı A. ilə yenicə cinsi əlaqədə olmağa başladıqlarını gördüm. F. A. və qızı ayaq üstə idilər, F. A. qızı qucaqlamışdı, A.-nın yubkasını yuxarı qaldırmışdı, F-nın şalvarı isə aşağı çəkilmiş halda idi. F. A. qızının üzündən, boğazından, sinəsindən öpürdü. F. A. qızı ilə cinsi əlaqədə olmağa çalışıb və ya cinsi əlaqədə olub. Həmin vaxt onların evində azyaşlı qızdan və atasından başqa heç kim olmayıb. Bundan sonra dərhal evə qayıtdım. Gördüklərim barədə ərimə danışdım”.   Qızını zorlayan ata ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir   Azyaşlı qızını zorlamaqda təqsirli bilinən F. A. məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə iclaslarında özünü günahkar bilməyən F. A. qızını zorlamadığını iddia edib. Lakin məhkəmə onun bu ifadəsinin özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlib.   F. A. məhkəmə hökmündən narazı qaldığını iddia edib və barəsində olan hökmün ləğv edilməsini istəyib. F. A. apellyasiya instansiyasından bəraət hökmünün çıxarılmasını xahiş edib.   Lakin işə baxan Şirvan Apelyasiya Məhkəməsinin hakimləri azyaşlı qızını zorlayan ataya bəraət verməyiblər. F. A.-nın apelyasiya şikayətinə baxan hakimlər qərar qəbul edərkən, onun xahişini nəzərə almayıblar. Hakimlər qızını zorlayan atanın barəsində birinci məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb. Hazırda F. A. ciddi rejimli cəzaçəkmə müəssəsində cəzasını çəkir. //big.az
    57

    Əhaliyə bəd xəbər

    Azərbaycan Dövlət Neft Şirkәti (SOCAR) yenə təbii qazın qiymətinin artırılacağının anonsunu verib. Reportyor.tv musavat.com-a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Süleyman Qasımov deyib ki, manatın dollara nisbətdə dəyərsizləşməsi davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək. SOCAR rəsmisi təbii qazın qiymətinin artırılacağına eyham vuraraq bildirib: “Manat dollara nisbətdə ucuzlaşdığı üçün SOCAR-ın zərəri yaranır. Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz kimi, daxili tələbat SOCAR-ın hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir. Manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məsələ ilə bağlı açıqlamasında bildirib ki, SOCAR rəsmisinin dediklərində müəyyən əsaslar var: “O əsaslar onunla əlaqədardır ki, hazırda ölkə bazarına daxil olan təbii qazın 4 milyard kubmetrə yaxını xarici valyuta ilə alınır. Bu, əvvəllər devalvasiyadan öncə faktiki olaraq 50 manat civarında idi, bunu SOCAR 100 manata satırdı, bu, gəlirli idi. Ancaq indi bu rəqəm yüz manatı aşır, 115 manat səviyyəsində alınır. Ona görə də, bu cür fikirlər ölkədəki iqtisadi vəziyyətlə əlaqədardır”. Mütəxəssisin sözlərinə görə, ikinci bir məsələ odur ki, 2016-cı ildə 2015-ci illə müqayisədə bir obyektiv səbəb də var: “Əmtəəlik qaz hasilatı bir milyard kubmetr daha az hasil edilir. Burada “Azneft” İstehsalat Birliyində hasilatın azalması var. 2016-cı ildə əmtəəlik qaz “Azəri-Çıraq-Günəşli”dən Dövlət Neft Şirkətinə verilən səmt qazı idi. O qaz neft quyularına vuruldu ki, hasilat stabilləşsin. Bu, belə oldu. Neftin qiyməti qazdan baha olduğundan, nefti bazara çıxarıb satmaq qazdan daha sərfəlidir. Bu, iqtisadi baxımdan yaxşı düşünülmüş addım idi. Ona görə “Azəri-Çıraq-Günəşli”dən 700 milyon kubmetr az qaz alındı. Bir tərəfdən də “Azneft”in özünün hasilatı azaldı. Çünki, “Günəşli” yatağında qəza olmuşdu. O, çox yaxşı bir platforma idi, oradan təqribən 350 milyon kubmetrə yaxın illik qaz hasil olunurdu. O, daxili bazara gəlmədi. Bunun nəticəsində ölkənin daxili bazarında defisit yarandı. Ona görə də, “Şahdəniz”dən daha çox qaz alınmağa başladı. Bu da hamısı vəsaitdir. Həm də Dövlət Neft Şirkəti günahkar deyil ki, Azərbaycan manatı bu qədər dəyərini itirir”.
    Yada salaq ki, təbii qazın qiyməti son dəfə ötən il noyabrın 28-də qaldırılıb. Tarif Şurasının qərarına görə, yanvarın 1-dən illik 1500 kubmetrdən çox qaz işlədənlər hər artıq kubmetrə görə 20 qəpik ödəyəcəkdi. Göstərilən həddi keçməyənlər hər kubmetrə görə yenə 10 qəpik qazpulu verəcəklər. Daha sonra Tarif Şurasının qərarı bir qədər dəyişdi. Əhali həmin tarixdən 1500 deyil, 1700 kubmetr qaz tükədərsə, əvvəlki qədər — 10 qəpik qazpulu ödəyəcək.
    25

    Dollar məzənnəsi yenə rekord vurdu - Azərbaycanda

    Mərkəzi Bank dolların bu günə olan rəsmi məzənnəni açıqlayıb.   Bankdan Qaynarinfo.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,8311 səviyyəsində müəyyən olunub. Bu yeni rekord hesab olunur.   Qeyd edək ki, dünən USD/AZN rəsmi məzənnəsi 1,8045 manat təşkil edib.
    17

    "Reina"ya niyə hücum etdin?" sualına cavabı polisləri DƏHŞƏTƏ GƏTİRDİ

    "Reina" terrorçusu Maşaripovun hadisə gecəsi hücumu reallaşdırmadan əvvəl "Reina"nın internet saytına girdiyi, "Google Earth" vasitəsi ilə klub haqda bütün xırda detallara qədər araşdırdığı müəyyən edilib.
    ŞİFRƏLƏR AÇILIR
    Maşaripovun suallara: "Türkcəni az bilirəm", -  deyərək cavab verməkdən yayınmağa çalışması səbəbilə suallar ingilis dilində verilib.
    Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bunlara da cavab verməyincə eyni suallar rus dilində sorulub və terrorçu "ötüb".
    "Niyə "Reina"ya hücum etdin?" sualına Maşaripovun: "Onlar kafir olduğu üçün oraya hücum etdim", - dediyi, "Nə üçün qapıdakı polisi öldürdün?" sualına isə: "Əvvəl polis mənə atəş açdı. Onu öldürmədən içəriyə girə bilməzdim", - dediyi öyrənilib.
    Terrorçu: "Əvvəllər adını eşitdiyim "Reina"nın qarşısından saat 22 radələrində keçdim. Təhlükəsizlik tədbirlərinin zəif olduğunu gördüyüm üçün buranı uyğun hesab etdiyimi təsdiqləmək üçün Rakkaya bildirdim. Razılıq veriləndə isə qaldığım evdəki silahı və əl bombası sandığım fləşbənqləri götürərək "Reina"ya gəlib planımı reallaşdırdım", - deyib.
    Təhməz Təkin
    16

    Terrorçunun yanında tutulan 3 qadınla bağlı İYRƏNC HƏQİQƏT ortaya çıxdı

    İstanbul Terrorla Mübarizə İdarəsi qruplarının İstanbulun Esenyurtdakı terrorçunu ələ keçirdiyi əməliyyatla bağlı məlumatlar dəqiqləşməkdədir.
    Milli.Az habertürk-ə istinadən xəbər verir ki, "Reina" qırğınını reallaşdıran Maşaripov ifadəsində oğlunu təslim etdiyi 2 kuryerin ünvanını verib.
    Terrorçunun qaldığı evdə tutulan Somali, Seneqal və Misir vətəndaşı olan  3 qadının isə Maşaripovun "mükafatı" olduğu məlum olub.
    Təhməz Təkin
    15

    Ərzağın və gündəlik tələbat mallarının qiyməti artıb

    «Azərsun Holdinq» xaricdən gətirilən xammalın yeni məzənnə ilə alındığını əsas gətirir
    Ekspert Natiq Cəfərli: «Büdcəyə yenidən baxılmasa, maaş və pensiyalar artırılmayacaq»
    Azərbaycanda ərzaq məhsulları yenidən bahalaşıb. Marketlərdə gündəlik tələbat məhsullarının qiymətində ciddi dəyişikliklər müşahidə olunur. Ölkənin ən böyük istehsalçısı olan “Azərsun” Holdinq çay, süd, yağ, şəkər tozu, qənd kimi məhsulların topdansatış qiymətini artırıb. 
    Şirkət bahalaşma ilə bağlı verdiyi açıqlamada bunun kütləvi xarakter daşımadığını bildirib. “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a deyib ki, indiyə qədər satdıqları anbarlardakı ehtiyat məhsulları olub: “Onlar bitdiyi üçün xaricdən xammal almalı olduq. Bu xammal isə dolların yeni məzənnəsi ilə alınıb. Ona görə də bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə edilə bilər. Amma bu, bəzi qara piar kampaniyalarında yazıldığı kimi kütləvi bahalaşma deyil”.
    Şirkət rəsmisinin sözlərinə görə, istehlakçılar bundan sonra məhsulları daha stabil qiymətlərlə alacaqlar. O qeyd edib ki, ölkə prezidentinin verdiyi son göstərişlər, Neft Fondundan Mərkəzi Banka transfertlərin reallaşması qısa müddətdə iqtisadiyyatda öz effektini verəcək: “Bu addımlar sabit, stabil mühitə zəmin yaradır. Hazırda iqtisadiyyatda yaranan stabillik qiymətlərə də təsir göstərəcək”.
    Bəs bahalaşmanın əsas səbəbləri nələrdir? Baş verən qiymət artımı fonunda əahlinin gəlirlərində real artım nə qədər olmalıdır? 
    İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bahalaşmanın bir neçə səbəbi var. Bunlardan biri məzənnə ilə bağlıdır: “Dolların bahalşması fonunda həm idxal məhsullarının qiyməti sürətlə qalxır, həm də adı yerli istehsal olsa da “Azərsun”un istehsal etdiyi məhsulların böyük hissəsinin xammalı xaricdən gəldiyinə görə bahalaşır. Bazara çıxardıqları məhsullara baxanda görürük ki, Azərbaycanın o qədər istehsal etmə tutumu yoxdur. Ən çox satdıqları məhsulalrdan biri çaydır. Müxtəlif markalar altında çaylar satışa çıxarılır. Ancaq Azərbaycanda o qədər çay kolu və çay istehsalı yoxdur. Xaricdən aldıqları çayı qablaşdıraraq bazara çıxarmaqla məşğul idilər. Bir çox yerli şirkətlər “yerli şirkət” olsa da məhz bazara bu cür yerli məhsul çıxarırlar və xammalı da xaricdən gətirirlər. Xaricdən gətirilən xammalın manat ekvivavalentində dolların bahalaşmasına görə, qiymətinin artması ölkədə  bütün məhsulların bahalaşmasına səbəb olur. Məhsulların qiymətinin bahalaşmasına səbəb olur. Əsas səbəblərdən biri budur”.
    Ekspert bildirdi ki, ikinci əsas səbəb mövsümlə bağlıdır. Onun sözlərinə görə qış aylarında Azərbaycanda əsasən kənd təsərrüfatı mallarının qiymətində artım olur: “Çünki yerli istehsal qış aylarında bitir və xaricdən daha çox məhsullar gətirilməsinə başlanılır. Yəni, bu obyektiv səbəblərdir. Ancaq subyektiv səbəblər də həmişə olub. Bu təbii ki, inhisarçılıqla və onun tam aradan qaldırılmaması, bazarada böyük oyunçuların az oması və rəqabətli mühitin olmaması ilə bağlıdır. Bunlar uzun illərdir ki, Azərbaycanın xroniki xəstəliyinə çevrilib. Bu da qiymətlərin artmasında mühim rol oynayan amillərdən biridir”.
    Əhalinin gəlirlərinə və buna adekvat olmayan qiymət artımına gəldikdə isə N.Cəfərli dedi ki, rəsmi inflyasiyanın səviyyəsi qədər bu il maaş və təqaüdlərlə müəyyən indeksləşmələr aparılıb. Onun sözlərinə görə, rəsmi infilyasiya səviyyəsi ilə real qiymət artımı arasında ciddi fərq olub: “Bu isə Azərbaycanda statistikanın siyasiləşməsindən irəli gəlir. Statistik göstəricilər çox zaman doğru-dürüst hesablamalara əsaslanmır. Hətta biz rəsmi rəqəmləri də götürsək, Azərbaycanda ərzaq inflyasiyası 15 faiz göstərilib. Amma söhbət ondan gedir ki, Azərbaycanda hökümət bir şeyi nəzərə almır. Rəsmi rəqəmlərə baxsaq belə, əhali gəlirlərinin 70 faizə yaxınını ərzaq məhsulları təşkil edir. Bu isə onu deməyə imkan verir ki, Azərbaycanda ərzaq inflyasiyayasına daha həssas yanaşılmalıdır. İndeksləşmələr aparılarkən bu amil xüsusi ilə nəzərə alınmalıdır. Açığı, Azərbaycandakı indiki iqtisadi vəziyyətə, büdcənin parametrlərinə baxdıqda təəssüflər olsun ki, bu il ərzində nə maaşların, nə müavinətlərin ciddi artımının olacağını söyləmək mümkün deyil. Hələlik qəbul olunmuş büdcədə bu yoxdur. Əgər hər hansı bir fors-major situasiyası yaranmasa, yəni Milli Məclis parlamentdə yenidən  büdcəyə baxmasa hər hansı artımın olması ehtimalı çox aşağıdır. 2017-ci ildə qiymətlərin artımı insanların gəlirlərinin artımına görə adekvat olmayacaq və insanların sosial vəziyyətinin daha da pisləşməsinin şahidi olacağıq”.
    İqtisadçı ekspert Qubad İbadoğlu isə Musavat.com-a verdiyi açıqlamada bank və vergi sistemi ilə bağlı qanunvericilikdə edilən bir çox dəyişikliklərin qiymətlərin artmasına zəmin yaradacağını deyib: “Əgər diqqət yetirsəniz görərsiniz ki, ötən il daha çox qeyri-ərzaq məhsulları bahalaşmışdı. Bu il ərzaq məhsullarındakı bahalaşma digər mal və xidmətləri üstələyəcək. Artıq bankların marjası götürüldü. Bu da banklarda manatın satışının müxtəlif məzənnələrini müəyyənləşdirdi. İndi elə bank var ki, onlarda dolların alış kursu ilə satış kursu arasındakı fərq 10 qəpiyə qədərdir. Bu da satış kursunun daha baha olmasına gətirib çıxarır. Dolların alış kursu aşağı olanda insanlar dolları banklara satmaqdan imtina edir və yenidən qara bazara üz tuturlar. Yəqin ki, getdikcə dolların alış və satış kursu arasındakı fərq azalacaq. Çünki bu bazarın ilkin reaksiyasıdır, sonrakı mərhələdə aralarındakı rəqabət kursun yaxınlaşmasına gətirib çıxara bilər”. 
    Bizimyol.info-nun “Facebook” səhifəsində apardığımız sorğu ilə  izləyicilərimizin bahalşamaya münasibətini öyrəndik. Vətəndaşlar əsasən hansı məhsulların bahalaşmasından şikayət edir?
    Şəms Rzazadə adlı izləyicimiz deyir ki, "Hansında bahalaşma hiss etməmisiniz?" deyə soruşsaydız, bəlkə birini tapardıq...».
    Roma Ağayev yazır ki, hər gün marketə girdikdə başqa-başqa ölkələrdə olduğunu zənn edir: “Bu gün aldığın məhsulun qiyməti sabah artır. Mağazada jurnalist axtarıram ki, biri çıxıb desin zarafat edirik”.
    Başqa bir izləyicimiz isə deyir ki, qarğıdalı yağı əvvəl 2.30 idi, indi isə 4.60 olub: “Şampun əvvəl 1.90 idi, indi 3.50, sabun 70 qəpik idi, indi 1.50, çay əvvəl 80  qəpik idi, indi 1.70, tomat əvvəl 1.70 idi indi isə 2.60-dır”.
    Aynurə Mədətova adlı izləyicimiz də qiyməti qalxmayan məhsulun olmadığını deyir: “Bütün hər şeyin qiyməti qalxıb. Millət yalandan gün keçirir. Necə olacağıq vallah onu da bilmirəm. Allah bizim kimi kasıblara kömək olsun. Bir sözlə yaşamırıq, sadəcə nəfəs alırıq”.
     
    Digər rəy yazan izləyicilərimiz də daha çox yağın, şəkər tozunun, çayın qiymətinin bahalaşdığını bildiriblər. 
    84