• Последние новости


    Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda patlayış baş verib.

    Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda patlayış baş verib.
    Azforum.az  Milli.Az-a istinadən bildirir ki, Bakıdan Nabrana gedən "Hyundai" markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.
    Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıblar.
    Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.
    125

    ANS-in bağlanma xəbəri Türkiyə mediasında

    AZFROUM.AZ    Qafqazinfo-ə istinadən bildirir ki, məlumatda qeyd edilir ki, Azərbaycanda fəaliyyət göstərən ANS kanalının əməkdaşı Amerika Birləşmiş Ştatlarında Fəthullah Güləndən müsahibə aldıqdan sonra ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi televiziyanın yayımını müvəqqəti dayandırıb. Daha sonra isə məhkəmə qərarına əsasən kanalın bütün lisenziyaları ləğv edilib.
    Türk mediası sözügedən hadisəni işıqlandıraraq, məsələni “Azərbaycan son zərbəni möhkəm vurdu” kimi dəyərləndirib.
    151

    Şampuna 2 həb aspirin əlavə edin və möcüzəni görün

    Aspirin ağrıları azaldır və qanı duruldur.Azforum.az xəbər verir ki, bu barədə “bizimyol.info”ya ifaçının özü məlumat verib. , həkimlər 40 yaşından yuxarı olan insanlara aspirini damarlarda tromblaşmanın qarşısını alan profilaktik vasitə kimi təyin edirlər.     Lakin bu sınanmış preparat kosmetologiyada da çox geniş istifadə olunur. Aspirinlə üz maskaları dərini çox yaxşı təmizləyir, saçları aspirin əlavə olunmuş şampunla yuduqda kəpək azalır, baş dərisi daha sağlam, saçlar daha canlı olur.   2 həb aspirini yaxşı əzin, 1 dolu x.q. şampunla qarışdırın, saçlarınıza çəkin, yüngül massaj edin və bu maskanı saçınızda 5 dəqiqə saxlayın. Daha sonra yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.
    129

    Nadir geyimlərini satışa çıxardı – FOTO

    Müğənni Nadir Qafarzadə geyimlərini satışa çıxarıb. 
    Azforum.az xəbər verir ki, bu barədə “Oxu.az”ya ifaçının özü məlumat verib.
    “Açığı xeyli vaxt idi ki, geyinmədiyim geyimləri satmaq istəyirdim. Amma nədənsə bunu etmirdim. Amma düşündüm ki, geyimlərim evdə qalıb yararsız olunca, onu satışa çıxarım və əldə olunan gəliri ehtiyacı olanlara verim. Bilirəm bu addımım da birmənalı qarşılanmayacaq. Deyəcəklər ki, pulsuzluqdan satıram. Artıq tənqidlərə əhəmiyyət verməməyə çalışıram.
    Sosial şəbəkədəki səhifəmdə satılacaq olan geyimlərimin şəkilini paylaşmışam, müştərilər var. Onu da deyim ki, geyimlərimdən qazandığım gəlirin 1 qəpiyi də mənə lazım deyil”.
     
         
    152

    Payızadək Bakıda evlər bahalaşacaq?

    2016-ci ilin sonunadək Bakıda daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyini gözləməyə dəyməz.
    AZFROUM.AZ    YENIMULK.AZ-ə istinadən bildirir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
    Onun sözlərinə görə, bu il daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyi üçün zəmin yoxdur: "Lakin 2017-ci ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində müsbət dəyişikliklər gözləmək lazımdır. Xüsusilə ucuz mənzil seqmentində, daşınmaz əmlakın dəyərinə müsbət təsir göstərəcək sosial mənzil tikintisini nəzərdə tuturam".
    Ekspertin fikrincə, çox güman ki, 2016-ci ildə sosial mənzil tikintisi ilə bağlı hazırlıq işləri aparılacaq: "Bazarın monitorinqi aparılacaq, belə mənzillərin alınması, şərait və sair izah ediləcək, tikintinin özü isə bilavasitə gələn ilin əvvəlində başlayacaq".
    Daşınmaz əmlak bazarında mövcud vəziyyətə gəlincə, "MBA Group"un başçısının sözlərinə görə, iyun ayında daşınmaz əmlakın dəyəri may ayı ilə müqayisədə orta hesabla 1,95 faiz azalıb: "Ən çox azalma əvvəlki aylarda olduğu kimi, kommersiya obyektləri bazarında - 4,55 faiz müşahidə olunub. Mənzillərin qiyməti ilkin bazarda 1,1 faiz , təkrar bazarda isə 2,72 faiz azalıb".
    Ekspert əlavə edib ki, ilin fəsili də qiymətlərə əlavə azalma effekti göstərir: "Ənənəvi olaraq yay aylarında mənzil ucuzlaşır, çünki bu dövr "ölmüş mövsüm" sayılır. Belə ki, iyunda aktivlik 1,7 faiz azalıb. Daşınmaz əmlakın qiymətinin artması adətən martdan iyunadək, eləcə də payızda baş verir".
    AZFORUM.AZ
    79

    Azərbaycanda qaz və benzinin qiyməti də bahalaşacaq

    Azərbaycanda yaxın vaxtlarda qazın da qiyməti qalxacaq. Bu məsələ hökumət çevrələrində müzakirə edlir və yaxın vaxtlarda Tarif Şurası bununla bağlı qərar qəbul edəcək  Azforum.az “http://reportyor.tv”ə istinadən xəbər verir ki, b u barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub. 
    Mənbə bildirir ki, qeyri-neft sektorundan daxilolmaların azalmasından yaranan kəsiri hökumət təbii inhisarların xidmət və mallarını bahalaşdırmaqla kompensasiya etmək istəyir. Bu baxımdan da ilk növbədə əhalinin istehlak etdiyi enerji resurslarını bahalaşdırmaq niyyətindədir.
    Hazırda 1000 m3 təbii qazın qiyməti isə 100 manatdır. Qiymətin 120 manata çatdırılması, yəni 20 faiz bahalaşması nəzərdə tutulur.
    Mənbənin məlumatına görə, qiymət artımının başqa bir səbəbi isə ARDNŞ-in üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır: Hazırda Dövlət Neft Şirkətinin bir neçə milyard manat borcu var, maliyyə reytinqi mənfiyə düşüb, neftin qiymətində ciddi artım gözlənilmədiyindən şirkətin başqa yolu da qalmır. 
    İstiqlal.az bir qədər öncə benzin və başqa yanacaq məsullarının qiymətinin bahalaşacağı ilə bağlı məlumat yaymışdı. Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:
    Bir litr benzin:
    Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
    Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
    Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb.
    Benzin və başqa yanacaq məhsullarının 15-20 faiz bahalanacağı gözlənilir.
    Yada salaq ki, bu il mayın 13-də "Azərsu" ASC-nin müraciəti əsasında Tarif Şurası 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr olması barədə qərar qəbul edib.
    Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
    İyulun 14-də isə Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.
    Qərara əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.
    Böyük ehtimalla Konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum bitdikdən sonra (26 sentyabr) qaz və benzinin bahalaşması ilə bağlı qərarlar da qəbul edilcək.   Azforum.az
    165

    Pulsuz ev alqı saytı- YENİMULK.AZ

    Ev alqi satqisi, Ev elanlari, Ev satilir, Torpaq alqi satqisi, Heyet evleri satilir, Pulsuz elanlar sayt, torpaq sahesi, bina evleri, yeni tikili, ba evleri, yeni tikili menziller, yeni tikili evler, torpaq elanlari, bina evleri, torpaq alqi satqisi elanlari, yen emlak, yeni binalarda ev alqi satqisi, bakida ev alqi satqi, ev alqi satqisi, kiraye evler, yeni emlak, ev elanlari, dasinmaz emlak, yeniemlak, bina, birja
    http://yenimulk.az/
    91

    Bakı metrosunda qorxunc hadisə

    Bakı metrosunda dəhşətli hadisə baş verib.
    Azforum.az “Milli.Az”ə istinadən xəbər verir kI , metronun "Qara Qarayev" stansiyasında birinci vaqonun şüşəsi sınaraq sərnişinin başına düşüb.
    O, xəsarət almadan canını qurtara bilməyib.
    Vaqon isə 6-7 dəqiqə fasilə edib.
    101

    Lisenziyası ləğv edilən ANS tv-dən yadda qalan 10 şey

    Azforum.az “bizimyol.info”ə istinadən xəbər verir kI, 23 illik fəaliyyət dövründə ANS-in yaddaşlara yazılan verilişlərini bir yerə topladıq.   1. Qulp verilişi   Yarandığı gündən etibarən ekranlara çıxardığı layihələrdən ən uğurlusu hesab edilə biləcək bir veriliş idi. Yaddaqalan dialoqlar, satirik söhbətlər, "iynəli" mahnılar və xüsusi simaları ilə bir çoxlarının ürəyincə idi.    2. Qulp verilişinin ən sevilən personajlarından Aşıq Yadigar.     3. De Gəlsin   Xüsusilə ilk mövsümlərində bütün gənclərin baxdığı verlişə çevrilmiş, xeyli adam meyxananı De Gəlsinə baxaraq tanımışdı. Günümüzün məşhur meyxanaçıları həmin verilişlərdən çıxmışdı. Hələ də videoları Youtube-da yüz minlərlə adam tərəfindən baxılan veriliş ANS-in unudulmazları arasına girib.     4. İç Xəbər   Son illərdə əvvəlki populyarlığını itirsə də, ANS-in ikonik verlişlərindən biri idi. Bəzi adamlar  sosial-məişət problemlərinin həllini İç Xəbəri çağırmaqda görürdü.   5. Elgizin Verilişi   Hətta televiziyaya baxmayanlar belə onun verilişindən xəbərdar idi. Qonaqları ilə yaşadığı dialoqlar, mübahisələr sosial şəbəkələrdə günlərlə əyləncə mövzusu ola bilirdi. Bunlar arasında ən yaddaqalanı isə şübhəsiz "Cin çıxarma əməliyyatı" idi. Son illərdə bu tip verilişlərə üstünlük verdiyi üçün ANS telekanalə bir çoxları tərəfindən də tənqid edilirdi.      6. Mirşahin və Hesabat   Bazar axşamının gəldiyini onun verilişindən bilinirdi. Kanalın rəhbərlərindən də biri olan Mirşahinin söz oyunları hər kəsin yaddaşında öz yerini alıb.     7. ANS-də Çempionlar Liqası   Müəyyən bir nəsil üçün Çempionlar Liqası demək İlqar Mikayıloğlu və Doktor Ziyanın şərhləri ilə yadda qalıb. Onlardan sonra heç bir aparıcı eyni zövqü yaşada bilməmişdi.     8. Nəzər Nöqtəsi   ANS-in ən çox baxılan verilişlərindən biri. Xüsusilə Qənirə Paşayevanın aparıcılığında uzun illər siyasətin nəbzi bu proqramda atırdı.     9. Köhnə Bakılı - Orxan Fikrətoğlu   Zorxana verilişində Orxan Fikrətoğlunun xüsusi tərzi ilə səsləndirdiyi uzun-uzadı cümlələr vasitəsilə həm Azərbaycanın, həm də dünyanın nəbzini tuta bilirdik. Son dövrlər onu da ekranlarda az görməyə başlamışdıq, lakin yaddan çıxmayacaq qədər maraqlı veriliş apardığına şübhə yoxdur.     10. Gecə Seansı   Gecələr ANS-in erotik filmləri də məhşur idi. Heç bir səhnəni kəsməmələri daha da sevdirirdi.
    76