Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA

Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA



Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu artım bir çoxlarında yenidən sərtləşmə ehtimalı ilə bağlı fikirlər ortaya çıxarıb. Bu gün səsləndirilən fikirlərdən biri də yoluxma sayı artdığı üçün kafe və restoranların yenidən bağlanmasıdır. Azərbaycanda kafe və restoranlar yenidən bağlana bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artma dinamikası ilə davam edərsə, Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər:

"Hətta "evdə qal" karantinə və "sms icazə" sisteminə geri qayıda bilərik. Son iki gündə yoluxma sayının çox olması narahatedicidir. Yoluxma sayı artarsa yenidən kafe və restoranlar bağalana bilər. Düzdür, vaksinasiya da davam edir. Düşünürəm ki, hər şey insanlarımızın qaydalara məsuliyyətlə yanaşıb-yanaşmamasından asılı olacaq. Ümid edirəm ki, insanlarımız yumşalmalardan arxayın olmayacaq. Çünki dünyada koronavirusun Britaniya ştamı da sürətlə yayılmaqdadır. Ona görə maskadan düzgün istifadə və qaydalara məsuliyyətlə yanaşmaq vacibdir".
Tarix: 25-02-2021, 16:36