Перейти к содержимому
  • Объявления

  • Последние новости


    Azərbaycanlı model “Playboy” jurnalında – FOTO

    “Miss Azərbaycan - 2016” gözəllik müsabiqəsinin finalçısı, modelOksana Barxatova “Playboy” kişi jurnalının iyul sayı üçün üçün çimərlik geyimində fotosessiya etdirib.
    Azforum.az Oxu.Az-a istinadən xəbər verir ki , bu barədə model “İnstagram” səhifəsində məlumat verib.
    Yarışmanın saytında səsvermənin bu günə olan nəticələrinə görə, 7200 səslə birinci yerdə qərarlaşan iştirakçı Oksana Barxatovadır. Müsabiqənin finalı iyulun 27-də keçiriləcək.
    Qeyd edək ki, fotoları Fərhad Əhmədov lentə alıb. Modelin imici üzərində stilist Romani Çiçinadze çalışıb.



     





    2370

    Bakıda qeyri-adi toy keçirilib

    Gəlin öz toyunda mahnı da ifa edib.
    Bakıda qeyri-adi toy mərasimi təşkil olunub. 
    Azforum.az Oxu.Az-a istinadən xəbər verir ki, cinsi kişi olan “gəlin” yeniyetmə oğlanla ailə qurub.  
    Gəlin öz toyunda mahnı da ifa edib. 

    649

    “Yahoo” satıldı

    ABŞ-ın telekommunikasiya şirkəti “Verizon”, internet məzmun təminatçısı “Yahoo”nu 4,83 milyard dollara satın alıb.
    Azforum.az Oxu.Az-a istinadən xəbər verir ki, iki şirkət arasındakı razılaşmaya görə, “Yahoo”nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq.
    “Verizon” “Yahoo”nu AOL ilə birləşdirəcək.
    “Verizon”dan verilən açıqlamaya görə, satınalmanın 2017-ci ilin ilk rübdə başa çatdırılması gözlənilir. Müqaviləyə əsasən, Yahoo Alibaba, Yahoo Japan səhmləri və patentlər adını dəyişdirəcək “Yahoo”da qalmaqda davam edəcək.
    Beləliklə, 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan “Yahoo” yaradılmasından 22 il sonra satılmış oldu.
    “Yahoo” illər ərzində 5,7 milyard dollarlıq “Broadcast.com” və 3,6 milyard dollarlıq “Geocities” kimi satınalmalara da imza atmışdı.
    “Yahoo” “Google”ın rəhbərliyindən transfer etdiyi Marissa Mayerilə “Tumblr” və “MessageMe” kimi gənclərə yönəlmiş satınalmalarla “təzə qan” axtarışına getmişdi.
    ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısı “Verizon AOL” geniş bir xidmət spektrinə malikdir.
    Bu satınalma ilə “Yahoo”nun axtarış, məzmun, mobil və reklam departamentlərinin sahibi olan “Verizon”, bununla da rəqəmsal media sahəsində mühüm bir addım atır.
    232

    Ərdoğanı öldürməyə cəhd göstərənlər tutuldu

    Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.
    Azforum.Az Oxu.az-a istinadən xəbər veri , Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub. 
    Daha əvvəl isə hüquq-mühafizə orqanlarına Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayıb tutmaq müvəffəq olmuşdu.
    Qeyd edək ki, Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının 17 olduğu söylənilir.
    682

    İsrail Suriyadan açılan atəşə aviazərbə ilə cavab verib

    İsrail aviasiyası Suriyadan hazırda nəzarəti altında olan mübahisəli Colan təpələrinə açılan atəşə cavab olaraq, ərəb ölkəsi ilə sərhədyanı zonalara havadan zərbə endirib.
    Azforum.Az Oxu.az-a istinadən xəbər verir,  bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
    Suriya ərazisindən minaatanlardan açılan atəş nəticəsində ölən və yaralanan olmayıb.
    Hərbçilər əvvəllər əksər bu kimi hallarda olduğu kimi, mərmilərin qonşu dövlətdə qruplaşmalar arasında gedən atışma nəticəsində, təsadüfən Colan təpələri ərazisinə düşdüyünü ehtimal edirlər
    656

    Dolların məzənnəsi 1,58 manata yaxınlaşır

    Azərbaycan Mərkəzi Bankı məlumat yaydı.
    Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 26-a olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
    Azforum.Az Oxu.az-a istinadən xəbər verir, USD/AZN rəsmi məzənnəsi iyulun 26-da 1,5755 səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, bu gün dollar 1,5724 manata bərabər olub.
    319

    Bağlanan bankların əmanətçilərinə kompensasiya veriləcək

    Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  21 iyul 2016-cı il tarixli qərarı ilə “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.
    Azforum.Az Oxu.az-a istinadən xəbər verir, adıçəkilən qurum Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinad edərək bildirir ki, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də sığorta hadisəsi baş verib. 
    “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. 
    “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq, bu bankların qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə bu ilin avqust ayının 1-dən başlanacaq və bu haqda ətraflı məlumat veriləcək.
     
    Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və 02 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.
    751

    Türkiyədə səhiyyə işçilərinin kütləvi ixtisarı

    Türkiyədə uğursuz hərbi çevrilişdən sonra səhiyyə sahəsində kütləvi ixtisarlar baş verib.
    Azforum.Az Oxu.az-a istinadən xəbər verir, bu barədə Türkiyə səhiyyə naziri Rəcəb Akdağ bildirib.
    Nazirin sözlərinə əsasən, aparılmış araşdırmalardan sonra, beş mindən çox səhiyyə işçisi işdən çıxarılıb. R.Akdağ bildirib ki, səhiyyə işçiləri sırasında araşdırmalar davam etdiriləcək.
    Qeyd edək ki, iyulun 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. 
    251

    Yüzlərlə insan Yerevan küçələrinə çıxdı

    Yerevanda müxəlifət qüvvələri silahlıların ələ keçirdiyi polis binasının qarşısında etiraz aksiyası keçirirlər.
    Azforum.Az Oxu.az-a istinadən xəbər verir, yüzlərlə insan silahlı qrupun qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.
    Bildirilir ki, əks təqdirdə müxalifət tək Yerevanda deyil, Ermənistanın digər rayonlarında da itaətsizlik aksiyaları keçirəcək.
    Məlumata əsasən, ilk olaraq “İrs” partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edib. Müxalifət nümayəndəsi deyib ki, hökumət xalqa qarşı muzdlulardan və texnikadan istifadə edilməyəcəyinə söz verməlidir.
    “Təsis Məclisi”nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər.
    O, həmçinin qeyd edib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20-də onun müddəti başa çatıb.
    646
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×