Перейти к содержимому
  • Объявления

  • Azərbaycanda keçmiş polisi namaz qılarkən arvadı bıçaqladı? — ŞOK İDDİA (


    Editor

    "Xəzər" telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişində keçmiş polis əməkdaşı Fuad Qazax oğlu Həsənovun axtarışı zamanı maraqlı detallar ortaya çıxıb.

     "Ölkə.Az" xəbər verir ki, F.Həsənovun atası Qazax Həsənov keçmiş gəlini Sultan Həsənovanı oğlunun itkin düşməsində təqsirli bilib. Qaynata iddia edib ki, S.Həsənova oğluyla evli olarkən onu bıçaqlayıb:

    "Oğlum dedi ki, ata, mən namaz qılanda Sultan bıçağı böyrümə soxdu. Amma bıçaq yarasının yerini mənə göstərmədi".

    S.Həsənova keçmiş qayınatasının iddialarını qəbul etməyib:

    "İyirmi altı il namusumla övladlarımı böyütmüşəm. Fuad iyirmi il polisdə işləyib. Səhər çıxırdı, gecə 12-də evə gəlirdi. Evin işlərini, övladlarımızın problemlərini mən həll etmişəm. Hətta üç il qaynatamın 125 yaşlı anasına da qulluq etmişəm. Allah mənə qarşı edilən haqsızlığı götürməsin".

    Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan F.Həsənov təxminən bir ay əvvəl evdən çıxıb. O, bir müddət öncə Gəncə şəhərində yaşca özündən xeyli kiçik olan qadınla nikaha daxil olub. Verilişin sonunda naməlum şəxs studiyaya zəng vuraraq F.Həsənovun indiki həyat yoldaşının onun yerini bildiyini söyləyib.



      Жалоба


    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!

    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.

    Войти сейчас


  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com



















×