Deputat Adil Əliyevə qardaşının vəfatı ilə bağlı başsağlığı verilib

Deputat Adil Əliyevə qardaşının vəfatı ilə bağlı başsağlığı verilib Deputat Adil Əliyevə ağır itki üz verib.

"Xeber7.az"ın məlumatına görə ki, deputatın qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev bu gün dünyasını dəyişib.

Rusiyadakı “Mosoblstroy” ASC-nin baş direktoru, tanınmış soydaşımız Fuad Rzayev deputat Adil Əliyevə qardaşi Allahverdi Əliyevin vəfatı ilə bağlı başsağlığı verib: “Vətənpərvər dostumuz Allahverdi Əliyevin ölümü ilə bağlı dərindən kəndərləndiyimizi bildirir, başda qardaşı Adil Əliyev olmaqla yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allahdan mərhuma Rəhmət diləyirəm”, – deyə saytımıza göndərilən başsağlığında qeyd olunur.

Xatırladaq ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. Onun pensiyaya çıxarkən son iş yeri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsi olub.
Tarix: 13-06-2024, 11:59
2.09.2024
09:52
Xalqın məsuliyyəti
22.08.2024
08:01
Yeni mərhələ...