İstanbulda Azərbaycanın milli mədəniyyət nümunələri ilə bağlı sərgi keçiriləcək

İstanbulda Azərbaycanın milli mədəniyyət nümunələri ilə bağlı sərgi keçiriləcək
Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Azərbaycanın mədəni irsinin qorunması, öyrənilməsi və təbliğ edilməsi” layihəsi ilə iştirak edib və müsabiqə qaliblərindən olub. Bu haqda Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova saytımıza məlumat verib.

Laləndar Novruzova deyib ki, həyata keçirdikləri layihənin əsas məqsədi Azərbaycanın milli mədəniyyət nümunələrindən olan milli geyimlərimizi dünyada tanıtmaqdır: “Bundan başqa türk xalqlarının hamısının eyni soydan gəldiyini bir daha beynəlxalq ictimaiyyətə təqdim etməklə təşviq etməkdir. Bundan başqa müasir Azərbaycan dövlətinin milli, mədəni, elimi, ədəbi dəyərlərimizi yaşatmaq sahəsində apardığı siyasəti, təşviq etməklə dünyada, beynəlxalq səviyyədə tanıtmaqdır.

Azərbaycanın düşmənləri tərəfindən uzun illər ərzində mənimsənilməyə, özününküləşdirməyə çalışıldığı milli mədəni elimi, ədəbi dəyərlərimizi, beynəlxalq səviyyədə tanıtmaqla qorumaq, düşmənin bizim haqqımızda uydurduğu cəfəngiyatla mübarizə apararaq, onu birdəfəlik məhv etmək və öz halal milli dətərlərimizə sahib şıxmaq qarşımızda duran ümdə əsas vəzifəmizdir. Bu milli dəyərlərə illər uzunudur ki, təbliğ etdiyimiz milli geyimlərimiz də daxildir. Elə bu səbəbdən də təşkilatımızın əsas fəaliyyətlərindən biri olan Milli Geyimlərimizin beynəlxalq səviyyədə tanıdılması layihənin qarşıya qoyduğu əsas məqsədidir. Bunun üçün ilk növbədə müxtəlif millətlərdən ibarət Türkiyə ictimaiyyəti seçilmişdir. Layihə işində Azərbaycan milli mədəniyyət nümunələri ilə, Türkiyə mədəniyyət nümunələrindən olan milli geyimləri təqdim olunan birgə sərgi təşkil etməklə, bu iki qardaş ölkənin eyni soydan olmasını bir daha hər kəsə nümayiş etdirilməsidir.

Həyata keçirdiyimiz layihə çərçivəsində İstanbul şəhərində təşkil olunacaq sərgidə Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri milli geyimlərlə, mədəniyyət nümunələri ilə yanaşı həm də rəsm sənəti nümunələri də təqdim olunacaq. Bu sərgidə hər iki ölkənin milli mədəniyyət nümunələri, adət-ənənələri ilə yanaşı mənzərələri də rəssamların gözü ilə şərh olunaraq, təqdim olunacaq. Bunda məqsədimiz şəkillər vasitəsilə də bu iki ölkənin dərin tarixi bağlarını və mədəni oxşarlıqlarını ziyarətçilərə çatdırmaqla, ortaq irsə bağlılığımızın nə qədər güclü olduğunu göstərməkdir.

Müasir cəmiyyətdə bu sənət növlərinin təşviq və təbliğ edilməsi insanların Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə marağını artıracaq, xalqın qədim mili-mənəvi dəyərləri müasirliklə bağlanaraq inkişaf etdirilərək yaşadılacaqdır”.

Xatırladaq ki, Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi 16 iyul 2016 – cı ildə yaradılmış və 21 oktyabr 2016 – cı ildə dövlət qeydiyyatından keçmişdir. Təşkilatımızın əsas məqsədi, milli mədəniyyətimizin və milli dəyərlərimizin təbliğinə kömək etməklə, yaşatmaqdan ibarətdir.
Tarix: 2-08-2024, 10:45
2.09.2024
09:52
Xalqın məsuliyyəti
22.08.2024
08:01
Yeni mərhələ...