“TÜRKPA-nın fəaliyyəti türk dünyasının birliyində öz müsbət nəticələrini verir”

“TÜRKPA-nın fəaliyyəti türk dünyasının birliyində öz müsbət nəticələrini verir”
“Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yaradılması ideyası Prezident İlham Əliyev tərəfindən verilmişdir. Bu da türk dünyasının birliyində öz müsbət nəticələrini verir”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.
Asif Əsgərli deyib ki, hazırda bütün türk dövlətləri TÜRKPA-nın işində fəal iştirak edir: “Sevindirici haldır ki, parlamentin bu proseslərə təsirinin gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin ideyalarını Türk Dövlətləri Təşkilatı üzvləri dəstəkləyirlər. Bildiyimiz kimi, TÜRKPA-nın ilk plenar iclası 2009-cu ilin sentyabrında Bakıda keçirilib. Həmin iclasda qəbul edilmiş qərarlar təşkilatın güclənməsi və inkişaf etməsi üçün möhkəm təməl yaratmışdır. TÜRKPA-nın yaradılması indiki məqada türk dövlətlırinin qüvvələrini birləşdirmək üçün atılan effektiv addımdır. TÜRKPA həmçinin türk dövlətlərinin parlmentlərini bir çətir altında birləşdirir. Bu da parlament diplomatiyasının rolu və təsir gücünü getdikcə daha da artır. Artıq TÜRKPA-nın adı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları sırasında çəkilir. Hazırda TÜRKPA-ya Azərbaycan sədrlik edir. TÜRKPA özünün yol xəritəsini böyük uğurla həyata keçirir. İyunun 6-da Bakıda TÜRKPA-nın “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclasında ikinci yol xəritəsi imzalanıb. Prezident İlham Əliyev 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında deyib ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Cənab Prezident türk dünyasının birləşməsi istiqamətində türk dövlətlərinin böyük səylər göstərdiklırini də vurğulayıb. Son illər türk dövlətlərinin Prezidentlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verib”.
Politoloq bildirib ki, xüsusən Türk Dövlələri Təşkilatının zirvə görüşləri zamanı əldə edilmiş razılaşmalar parlamentlərarası əlaqələrin inkişafına da zəmin yaradıb: “İnanırıq ki, gələn ay Türk Dövlələri Təşkilatının Şuşada keçiriləcək növbədənkənar Zirvə Toplantısında qəbul olunacaq mühüm qərarlar əlaqələrin möhkəmlənməsində mühüm mərhələ olacaq. Əminik ki, bu toplantısında aparılacaq fikir mübadiləsi, qəbul olunacaq qərarlar təşkilatın müasir tələblərə uyğun fəaliyyət göstərməsinə töhfəsini verəcək”.





Tarix: 10-06-2024, 12:06
2.09.2024
09:52
Xalqın məsuliyyəti
22.08.2024
08:01
Yeni mərhələ...